Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:25

Çin dünyanı ‘fəth edə’ biləcəkmi?


Çin Kommunist Partiyası bu ay özünün 100-ci ildönümünü böyük təntənə ilə qeyd edib.

AzadlıqRadiosunun müxbiri Reyd Stendiş yazır ki, bu böyük təntənə əsasən daxili auditoriyaya ünvanlansa da, burada xarici dünya üçün də Çinin qlobal nüfuzunu artırmaq canatımının siqnalları var.

Müxbirin fikrincə, bu siqnalı özünün son dərəcə millətçi çıxışında Çin lideri Si Tsinpin də verib.

O deyib ki, “Çin Kommunist Partiyasının nüfuzu artmaqdadır və bu nüfuza meydan oxumaq istəyən hər bir kəs qarşısında 1.4 milyard insanın yaratdığı polad divarı görəcək”.

Məqalədə deyilir ki, Pekinin nəhəng maliyyə təsirinə əlavə olaraq, gələcək nəsil texnologiyaları üçün Çin iqtisadi standartları da Balkanlara və Mərkəzi Asiyaya yol açır.

Müxbir qeyd edir ki, Çin artıq başqa ölkələrin ali təhsil sistemlərinə də nüfuz etməyə başlayıb.

Çinin siyasi sistemindən dərs alan hökumətlər

Asiya Tədqiqatları Milli Bürosunun araşdırmaçısı, Fransa Müdafiə Nazirliyinin keçmiş müşaviri Nadej Rolan bu barədə danışıb:

“Biz Çinin başqa ölkələrin hökümət sistemlərini formalaşdırmağa çalışdığı çox fəal keçid dövrünün şahidiyik. Bunların heç də hamısı hələ tətbiq olunmayıb, amma biz bu binanın tikinti daşlarını artıq görürük”.

Müxbir yazır ki, bu, Çin kimi supergüc üçün təbii bir prosesdir, amma onun tam təsiri hələ də qeyri-müəyyən qalır.

Məqalədə deyilir ki, ötən il Pekinin dünya səhnəsindəki möqveyi üçün qarışıq il olub.

Pew Araşdrıma Mərkəzinin bir tədqiqatı göstərib ki, Çinin Qərb ölkələrindəki reputasiyası düşüb.

Bundan başqa Çin Avropa və Asiya boyunca da bir sıra diplomatik qarşıdurmalardadır.

Buna baxmayaraq, Çinin yeni əldə etdiyi təsir gücünü, onun özünəinamını danmaq olmaz.

Bu səbəbdəndir ki, dünya boyunca müxtəlif ölkələrdə Çinin siyasi sistem elementlərinin qəbul olunması müşahidə edilir.

Çinin “Döyüşçü Canavar” diplomatiyası

Son vaxtlar Çinin Döyüşçü Canavar diplomatiyasından çox bəhs olunur.

Bu ölkənin diplomatları internetdə və mediada daha davakar və daha millətçi tona keçiblər. Amma bu, reallqıda, necə, işləyirmi?

Bloomberg-in keçmiş Çin müxbiri və “Çinin Mülki Ordusu: Döyüşçü Canavar Diplomatiyasının Təşəkkülü” kitabının müəllifi Piter Martin deyir:

“Əslində Döyüşçü Canavar diplomatiyasının auditoriyası əcnəbilər yox, Pekinin siyasi elitalarıdır. Müşahidələr göstərir ki, belə yanaşmanı nümayiş etdirən Çin diplomatları mükafatlandırılır. Amma bu yanaşmanın başqa ölkələrdəki uğuru mübahisəlidir. Belə yanaşma Çin diplomatlarına Qərbin yaratdığı problemlərin qarşısında möhkəm olduqlarını göstərmək üçün lazımdır. Bu həm də daha kiçik ölkəlrə göstərmək üçün lazımdır ki, Pekinə qarşı çıxmağın nəticələri var”.

Martin fikrini belə yekunlaşdırır:

“Putin Rusiyası və ya Orban Macarıstanına Çin diplomatlarının Qərblə belə açıq danışmağı xoş gələ bilər. Amma əgər rəy sorğularına baxsanız görərsiniz ki, Döyüşçü Canavar diplomatlar Çinin imicinin korlanmasına və çox sayda potensial dostunun itirilməsinə rəvac verirlər”.

XS
SM
MD
LG