İyulun 24-nə keçən gecə «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil «Sərhədsiz reportyorlar» beynəlxalq jurnalist təşkilatının xüsusi dəvəti ilə Fransaya yola düşüb.
«Turan»ın məlumatına görə, onun ölkədən getməsi hazırda Avropa Birliyinə sədrlik edən Fransanın, eləcə də ABŞ-ın Bakıdakı səfirliklərinin səyləri nəticəsində mümkün olub. Jurnalistin bu ilin fevralında döyülməsi və mart ayında bıçaqlanması işlərinin istintaqını aparmış Respublika Prokurorluğu indiyəcən bir neçə dəfə onun Azərbaycanı tərk etməsinə mane olmuşdu.
«Turan»ın məlumatında deyilir ki, A.Xəlili iyulun 22-də də paytaxt Bakının hava limanından geri qaytarıblar. Hadisələrin şahidi «Turan»a danışıb ki, iyulun 22-də aeroportda jurnalist bütün yoxlanış məntəqələrindən keçib, amma Sərhəd Xidməti yenə onu saxlayaraq axtarışda olduğunu bildirib. Hətta bu haqda prokurorluğun müvafiq sənədi də göstərilib. Sərhəd xidmətinin zabiti jurnalistə bildirib ki, onu axtarışda olan şəxs kimi polisə təhvil verməlidir. Ancaq A.Xəlili qoruyan Çevik Polis Alayının əməkdaşları jurnalisti həbs etməyə imkan verməyiblər.
Növbəti gün xarici diplomatlar baş verənlərə müdaxilə edib və A.Xəlilin məsələsi ən yüksək səviyyədə müzakirə olunub. Nəhayət, iyulun 24-nə keçən gecə jurnalist Amerika səfirinin həyat yoldaşının müşayiəti ilə yenidən aeroporta gəlib, qeydiyyatdan keçib və ölkəni tərk edib.
A.Xəlilin həyatına bir neçə dəfə sui-qəsd edilib, ürək nahiyəsindən bıçaqlanıb. Respublika Prokurorluğu ona homoseksualların hücum etdiyini bildirib. Jurnalist isə istintaqın gəldiyi nəticəni qurama adlandırır və peşə fəaliyyətinə görə təqib olunduğunu deyir.