Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:45

«Karaciçin həbsinə görə mükafat gözləmirik»


Vəkilləri Karaciçin ekstradisiyasını yubatmaq istəyirlər
Vəkilləri Karaciçin ekstradisiyasını yubatmaq istəyirlər

Radovan Karaciçin vəkili ümid edir ki, Karaciçin Haqqa məhkəməsinə verilməsini gecikdirməklə prosesə mane ola bilər. Amma Serbiyanın baş nazirinin mesajından bəlli oldu ki, belə taktikaların mənası yoxdur.

Serbiyanın baş naziri Mirko Cvetkovic deyib ki, hökumət beynəlxalq öhdəliklərə əməl elədəcək: «Karaciçin həbsi bizim Haaqa məhkəməsiylə əməkdaşlıq niyyətimizi sübut edən faktlardan biridir. Biz inanırıq ki, Haaqayla əməkdaşlıq ölkəmiz üçün zəruridir. Çünki bu, bizim beynəlxalq qanunlara hörmət qoyduğumuzu göstərir».

Serb rəsmiləri Karaciçin Haaqaya ekstradisiyasıyla bağlı apellyasiyanı qəbul etməyiblər. Əgər apellyasiya şikayəti lazım olduğu vaxtda verilibsə, şikayətə baxmaq barədə qərar çıxarılmalıdır. Bunun üçün hakimlərin 3 gün vaxtı var.
Amma əgər apellyasiya gecikibsə, Karaciçin Haaqaya göndərilməsi barədə əmr imzalanacaq.

Keçmiş serb lideri, müsəlmanların kütləvi qırğınında günahlandırılan Radovan Karaciç keçən həftə tutulub. Onu 10 ildən çox idi axtarırdılar.

Baş nazir Cvetkovic deyib ki, onlar Karaciçin həbsinə görə mükafat gözləmirlər. Amma nazir eyni zamanda Avropa Birliyinin Serbiyanın quruma üzvlüyü məsələsini tezləşdirəcəyinə ümidli olduğunu deyib.

Avropa Birliyi isə hərbi cinayətlərdə günahlandırılan başqa keçmiş serb rəsmilərinin də tutulacağına ümidvar olduğunu bildirir. Xüsusilə də müharibə vaxtı ali komandan olan Radko Mladiçin həbsini istəyirlər.
Serbiyanın baş naziri ümidləri doğruldacağına işarə edib:

«Karaciç nömrə birdir. Bu «nömrə bir»lə biz iradəmizi göstərdiksə, ikinci, hətta yeddinciylə də göstərərik, niyə də yox?»
Karaciçin vəkillərindən biri Svetozar Vujacic deyib ki, onların əsas məqsədi iyulun 29-a qədər ekstradisiyanın qarşısını almaqdır. İyulun 29-da isə serb millətçiləri kütləvi yürüş keçirmək istəyirlər.

XS
SM
MD
LG