«Azərbaycan çoxdandı hazırlanırdı o etirazlara və hazırlanır ondan böyük etirazlara. Azərbaycan millətinin haqları danılır...»
Bu, İranın Qum şəhərində yaşayan din xadimi höccətülislam Əbdüləzim Əzimiqədimin səsidir. Höccətülislam may ayının 2-dən həbsdədir, Qum şəhərinin «Ləngəvud» həbsxanasında saxlanılır. Bu müsahibəni də o, həbsindən təxminən bir il əvvəl vermişdi.
Avqustun 12-də Əzimiqədim Təbriz məhkəməsinə gətirib, ona qarşı yeni ittihamların irəli sürüldüyü bildirilir.
Əzimiqədim may ayının 2-də onun haqqında iki il əvvəl verilmiş məhkəmə qərarını yerinə yetirmədiyinə görə həbs olunub. İki il əvvəl höccətülislama on il müddətində molla paltarı geymək qadağan olunubmuş, buna səbəb isə molla paltarı geymiş şəxsin ana dilində təhsil tələbi ilə keçirilən etiraz aksiyalarına qatılmasıymış. Höccətülislam ədalətli saymadığı bu qərarı yerinə yetirməkdən imtina edib, buna görə də həbs olunub.
Təbrizdən hüquq müdafiəçilərinin verdiyi məlumata görə, yeni məhkəmə işinə səbəb Əzəimiqədimin aprelin sonunda tarixçi alim Səməd Sərdariniyanın anım mərasimində çıxış etməsidir. Məlumatlara görə, ittihamnamədə Əzimiqədimin həmin mərasimdə İran dövlətinin əleyhinə çıxışlar etdiyi bildirilir.
Əzimiqədimin vəkili yoxdur. Bunu «Azadlıq» radiosuna məhbusun həyat yoldaşı Ruqəyya Səyyari bildirib. O, deyir ki, höccətülislam Əzimiqədimin həbsinə səbəb onun türk dilində təhsil uğrunda mübarizəsidir.
«Türklüyünə görə deyirlər, libası geymə, biz deyəni elə. Əzimiqədim də onların sözünə baxmır, deyir, ana yurdumdan dönmərəm, mənim uşaqlarım gərək türk ola. Deyir, gərək televiziyalarımız, şəbəkələrimiz, uşaqlarımızın kitablarında yazılar türkcə olsun, türki oxusunlar. Bu yolda fədakardı. Hamı da tanıyır. Mən də iftixar edirəm».
Beynəlxalq Amnistiya Təşkilatı Əbdüləzim Əzimiqədimlə bağlı üç dəfə 2005-ci ilin avqustunda, 2006-cı ilin mayında və həmin ilin oktyabrında bəyanatlar vermiş, milli haqlarını tələb etdiyinə görə həbs edilmiş və təzyiq və işgəncələrə məruz qalmış Azərbaycanlı ruhani dərhal azadlığa buraxmağı İran dövlətindən tələb etmişdir.
Ruqəyya xanım deyir ki, bu, Əzimiqədimin üçüncü həbsidir. Höccətülislam Əzimiqədimin iki azyaşlı uşağı var. Fatimə üçüncü sinfə keçib, Əli isə məktəbə bu il gedəcək.
Fatimə də deyir ki, mədrəsədə dərslərin farsca keçilməsindən narazıdı.
Xoşuma gələr türk ola, fars olmaya. Çünki mən istəyirəm, hər şeyimiz türkcə ola, farsca olmaya heç nə. Dostlarım hamısı türkdü, amma deyirlər farsca danışın. Bacarıram, amma türkcəni farscadan çox bacarıram.
Rüqəyya Səyyarinin sözlərinə görə, uşaqlar atalarının harada olduğunu, nə zaman gələcəyini soruşur. Fatimənin sözlərinə görə, atası evdən çıxanda deyib ki, polislərə dərs deməyə gedir. Amma o buna inanmır.
«Qardaşıma yalandan dedi ki, polislərə dərs deməyə gedirəm. Amma bilirəm hara gedib. Gedib türklərin yanına. Gedib türkcə dərs deyə».
İran Konstitusiyasının 15-ci maddəsi ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Amma İranda ən böyük azlıq olan və sayı müxtəlif mənbələrə əsasən, 20-35 milyon arası təxmin edilən azərbaycanlıların ana dilində məktəbi yoxdur. Beynəlxalq Amnistiya təşkilatı ana dilində təhsil tələbi ilə çıxış edən azərbaycanlı fəalların həbs olunduğunu və onları vicdan məhbusu kimi tanıdığını bildirir.
İran rejiminin basqıları barədə müsahibələrində höccətülislamın özü də danışırdı:
«Bilirsiniz, bu hökumətin indi niyyəti budur ki, evləri zindan eləsin. Onlar nigarandı ki, siyasi məhbuslar çox ola. Ona görə gücünü qoyur, bir cür eləsin ki, məmləkəti zindana çevirə, insanlar da qorxa».