Avqustun 15-də Amerikadakı Gürcü icması Ağ Evin və bu ölkədəki Rusiya səfirliyin qarşısında etiraz aksiyası keçirib. Onlara Vaşinqtondakı Ukrayna, Latviya, Estoniya, Litva, Polşa və Azərbaycan icması dəstək verib.
Aksiya iştirakçıları Rusiyanın Gürcüstana təcavüzünü pisləyən şüarlar səsləndiriblər.
Azərbaycan icması adından Elmar Şaxtaxtinski çıxış edib.
Aksiya yerli və xarici jurnalistlərin diqqət mərkəzində olub.