Dinlə
«ABŞ-ın Azərbaycanın və onun Cənubi Qafqazda yerləşdiyi qonşularının əmin-amanlığına və təhlükəsizliyinə dair dərin və davamlı marağı var».
ABŞ Dövlət katibinin birinci müavini Con Neqroponte Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.
C. Neqroponte deyib ki, ABŞ və Azərbaycan regional və qlobal sabitlik sahəsində tərəfdaş kimi çalışırlar:
«Amerikalı və azərbaycanlı əsgərlər çiyin-çiyinə İraqda və Əfqanıstanda xidmət edirlər. Azərbaycanın bu kimi təhlükəsizlik prioritetlərinə verdiyi töhfələr Amerika hökuməti və Amerika xalqı tərəfindən yüksək qiymətləndirilir. ABŞ həm bizim təhlükəsizlik sahəsində olan əməkdaşlığımızı, həm də Azərbaycanın müdafiə sistemində, NATO ilə sülh naminə tərəfdaşlıq proqramı da daxil olmaqla, keçirilən islahatlara yardım işini davam edəcək».
Oktyabrın 1-də Səngəçal terminalına baş çəkmiş ABŞ Dövlət katibinin birinci müavini öz nitqində strateji enerji layihələri ilə bağlı qeydlərini edib:
«Dünən Səngəçal terminalına getmişdim. Orada olarkən mən ilk öncə Cənubi Dəhliz layihələrinin Avropada və Avropadan kənarda enerji təhlükəsizliyini necə gücləndirdiyini gördüm. Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərini əhatə edən tərəfdaşlığımız Türkiyə-Yunanıstan-İtaliya və NABUCCO təbii qaz kəmərlərinə nəzərimizi yönəltdiyimiz vaxtda daha da dərinləşir. Bizim tərəfdaşlığımız həmçinin tranzit imkanlarının genişlənməsi və bu vasitə ilə Avropa və qlobal bazarlarına enerji təchizatının diversifikasiyası fonunda da möhkəmlənir».
Con Neqroponte Birləşmiş Ştatların Azərbaycan hökumətinin azad və ədalətli seçkilər keçirilməsinə dair üzərinə götürdüyü öhdəliyi tanıdığını bildirib:
«Oktyabrın 15-i Azərbaycan üçün vacib bir imkan yaradır. Bu Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən azad, ədalətli və səffaf kimi qiymətləndirilən seçkilərin keçirilməsi vasitəsilə demokratik islahatlara dair öhdəliyi nümayiş etdirmək imkanıdır».
Cənab Neqroponte onu da qeyd edib ki, məhz demokratik dəyişikliklər və demokratiya istiqamətində nəzərə çarpan proqres əldə olunub. Azərbaycanda iqtisadi inkişafı təqdir edən C.Neqroponte həll ediləsi problemlərin olduğunu da istisna etməyib. Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı isə bunları deyib:
«Azərbaycan hökumətilə insan hüquqları dialoqu çərçivəsində bu məsələlərə toxunuruq və danışırıq. Başa düşürəm ki, bu cür faktların olması seçkilərə təsir edə bilər, lakin ümid edirəm ki, məhz bu istiqamətdə də irəliləyişlər əldə olunacaq».
ABŞ Dövlət katibinin birinci müavini öz nitqində Rusiyaya da ismarıc göndərib:
«Hazırda baş verən olaylar bilavasitə 21-ci əsrin nə siyasətləri, nə də prinsipləri ilə uzlaşan hərəkətlər deyil. İsmarıca daxil olan əsas amillərdən biri də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə olan hörmətlə yanaşmadır».
Cənab Neqroponte Qafqaz Əməkdaşlıq Paktının həyata keçməsi üçün Türkiyənin Ermənistanla əməkdaşlığını mühüm sayır:
«Lakin düşünürəm ki, bölgədə digər dövlətlər də var ki, bu prosesə öz töhfələrini verə bilərlər. Məhz Azərbaycan və Ermənistan bu prosesdə çox böyük bir rola malikdir. Və istənilən halda Dağlıq Qarabağ münaqişəsi həll olunduğu halda həm Ermənistanın, həm də Azərbaycanın mövcud potensialı tam şəkildə realizə oluna bilər. Minsk Qrupu da bu prosesə təkan verən orqan kimi rol oynaya bilər».
Con Neqroponte bildirib ki, ABŞ Gürcüstan, Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir:
«Məhz bu şəraitdə ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini həmişəkindən daha çox istəyir. Biz ərazi bütövlüyü prinsipini əsas tutan və digər beynəlxalq prinsipləri nəzərə alan münaqişənin razılaşdırılmış həllinin əldə olunmasının tərəfdarıyıq».
Con Neqroponte Bakıya oktyabrın 1-də gəlib. Onun səfəri oktyabrın 3-də başa çatacaq.