Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:29

Əlyazmaları məhv edilən jurnalistə kompensasiya da verilmədi


Q.Zahidin 300 səhifədən çox əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən proseslərdən bəhs edir
Q.Zahidin 300 səhifədən çox əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən proseslərdən bəhs edir
Məhkəmə Qənimət Zahidin əlyazmaları ilə bağlı iddia tələbini təmin etmədi.
«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin vəkili Elçin Sadıqov Səbail Rayon Məhkəməsinin oktyabrın 6-da çıxardığı qərarı sifariş hesab edir:

«Məhkəmə sadəcə olaraq sifariş yerinə yetirdi. Biz bundan apellyasiya və kassasiya şikayəti verib daha sonra Avropa Məhkəməsinə müraciət edəcəyik».
Elçin Sadıqovun sözlərinə görə, məhkəmə günü Qənimət Zahidlə görüşməsinə şərait yaradılmadığından penitensiar xidmətdən də şikayət etməyə hazırlaşır.

Q.Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanarkən əlyazmaları müsadirə və məhv edilib. Jurnalist əlyazmalarının məhv edilməsinin qanunsuz sayılması və ona dəymiş ziyana görə kompensasiya tələb edib.

Q.Zahidin 300 səhifədən çox əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən proseslərdən bəhs edir. Bundan əvvəlki proseslərdə həbsxana təmsilçiləri bildirib ki, əlyazmalar məhv edilib.

Q.Zahid 2007-ci il ilin noyabrında həbs olunub. 2008-ci ilin martında isə xuliqanlıqda təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ancaq baş redaktor həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onun azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG