Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:20

Mikloş Haraşti: «Xarici radiolara lisenziya verilməlidir»


«Mən hakimiyyət nümayəndələrini öz planlarına yenidən baxmağa çağırıram»
«Mən hakimiyyət nümayəndələrini öz planlarına yenidən baxmağa çağırıram»
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti təşkilatın Daimi Şurasına ATƏT məkanında media azadlığının vəziyyətinə dair hesabat göndərib.
Hesabatın Azərbaycana aid hissəsində cənab Haraşti qeyd edir ki, o, noyabrın 5-də Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarova müraciət edərək Milli Teleradio Şurasının xarici radiolarla bağlı planlarından narahatlığı bildirib.

«Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının yerli tezliklərdə yayımını qadağan etmək istəyirlər. Nuşirəvan Məhərrəmli öz planlarını beynəlxalq standartların ölkədə tətbiqi ilə əsaslandırır. Amma ATƏT-in bu sahədə yeganə standartı üzv ölkələrin media məkanında effektiv plüralizmi təmin etmək barədə öhdəliyidir. Mən hakimiyyət nümayəndələrini öz planlarına yenidən baxmağa və xarici radioların yayımı üçün onların lisenziyalarının yenilənməsinə çağırmışam. Çünki, bu radiolar Azərbaycan cəmiyyəti üçün çox vacib informasiya mənbələridir»-, deyə cənab Haraşti öz hesabatında qeyd edib.

Mikloş Haraşti həmçinin Azərbaycanın Xarici işlər nazirinə müraciət edərək «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin vəziyyəti ilə bağlı ona məlumat verilməsini istəyib. O, həmçinin hakimiyyət nümayəndələrini həbsdə olan jurnalistləri azad etməyə, hakimiyyəti tənqidlərinə görə adamların tənqid edilməsinə son qoyulmasına çağırıb.

Hazırda Azərbaycanda bir neçə jurnalist həbsdədir.
XS
SM
MD
LG