Avropanın 15-ə yaxın ölkəsi qaz böhranı ilə üzləşdiyi bir vaxtda son günlər tez-tez alternativ qaz layihələrinin vacibliyi vurğulanır. Enerji mənbələrinin diversifikasiyasını önə çəkən Avropa rəsmiləri Rusiyadan yan keçməklə, Azərbaycanının da daxil olduğu Xəzər hövzəsi qazını Avropaya çatdıracaq «Nabucco» layihəsinin də reallaşacağına ümid etməkdədirlər. Yanvarın 8-də Brüsseldə keçirilən Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə də rəsmilərin «Nabucco» kəmərinin həyata keçirilməsini sürətləndirməyi dəstəkləyəcəkləri bildirilir.
Litvanın Xarici İşlər naziri nazirlərin görüşündən qabaq bunları deyib:
«Mən Avropanın tək enerji bazarının və alternativ yolların və Baltikyanı ölkələrin vacibliyini vurğulamaq istəyirəm. Bu ölkələr hələ də enerji adası olaraq, İsveç və Polşaya kəmərlərin çəkilməsi və hazırda olduğumuz pis vəziyyətdən çıxmaq üçün enerji mənbəyidir».
Alternativ enerji layihələrindən biri, perspektivdə Avropanın enerji ehtiyacının müəyyən qismini ödəyəcəyi gözlənilən «Nabucco» layihəsi isə hələlik mövcud yox, nəzərdə tutulan layihədir. Elə Azərbaycanın Yanacaq və Energetika naziri Natiq Əliyev də belə deyir. O, hesab edir ki, «Nabucco» layihəsi çox mürəkkəbdir və həll olunası bir sıra problemlər var:
«Nabucco əvvəllər qazın mənbəyini Yaxın Şərqdə nəzərdə tuturdu. Baş verən hadisələr bunu mümkünsüz etdi. Məhz bu səbəbdən Xəzər qazının mənbə olması gündəliyə gətirildi. Ancaq, yalnız Azərbaycanın imkanları «Nabucco»nun reallaşmasına səbəb ola bilməz. Bunun üçün mütləq Orta Asiya, o cümlədən Qazaxıstan və Türkmənistan qazı lazımdır. Bu isə yeni problemlər ortaya çıxarır. Hər iki dövlət qazını Rusiya üzərindən Avropaya çatdırır. Ona görə də «Nabucco» mövcud layihə deyil, nəzərdə tutulan layihədir. Nəzərə alaq ki, hazırda dünyada baş verən iqtisadi və maliyyə böhranı bu layihəni daha da çətinləşdirib».
İqtisadçı Natiq Cəfərli deyir ki, «Nabucco»nun yaxın gələcəkdə reallaşması hələlik real görünmür. Çünki Azərbaycanın qazı «Nabucco» üçün yetərli deyil, qazın mənbəyi tapılmalıdır. İqtisadçı deyir ki, Rusiya ilə Ukrayna arasında «qaz müharibəsinə» görə «Nabucco»yla bağlı müzakirələr genişlənsə də, qaz mənbələri tapılmayana qədər bu layihə kağız üzərində qalmaqda davam edəcək.
Natiq Cəfərli hesab edir ki, qərb ölkələri İrana güzəştə getsə və Amerikanın yeni administrasiyası hakimiyyətə gələndən sonra bu layihənin reallaşmasından danışmaq olar. Bu halda Azərbaycan da artıq özünün mövqeyini ortaya qoymalı, Qərbə ya Rusiyaya arxalandığını açıqlamalı olacaq.
Ekspertlər hesab edirlər ki, iqtisadi baxımdan əslində Azərbaycan qazının ixracı ilə bağlı problemi yoxdur. Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə ildə 16 milyard kub metr qaz ötürmək iqtidarındadır ki, bu da Türkiyəylə Gürcüstanı qazla təmin edir. Ancaq siyasi baxımdan «Nabucco» vacib layihə sayılır. Baxmayaraq ki, reallaşacağı təqdirdə «Nabucco» Avropanın qaz ehtiyacının heç 5-də birini də ödəməyəcək. Sadəcə Avropa, alternativ kəmərləri reallaşdırmaqla, Rusiyanın enerji inhisarından sığortalamaq istəyir.
Hazırda Avropanın qaza olan ehtiyacının 40 faizdən çoxunu Rusiya ödəyir. Bu ölkənin Avropaya mavi yanacaq ixracının 80 faizi isə Ukrayna ərazisi ilə reallaşır.
Ancaq Rusiya ilə Ukrayna arasındakı qaz mübahisəsinə görə, Rusiya yanvarın 1-dən Ukraynaya, yanvarın 7-dən isə Ukrayna vasitəsilə Avropaya ötürülən Rusiya qazını tamamilə kəsib.