«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətlə Vergilər Nazirliyi arasında borcun hesablanmasına dair birincinin qaldırdığı iddia üzrə məhkəmə prosesi aprelin 7-nə təyin olunub. Aprelin 4-də İqtisadi Məhkəməsində keçirilən məhkəməyə hazırlıq iclasında belə qərara gəlinib.
Ötən il Vergilər Nazirliyi «Barmek»in 19 milyard manat borcunun olması barədə məlumat yaymışdı. Şirkət bununla razılaşmayıb, nazirliyi məhkəməyə vermişdi. İqtisadi Məhkəməsi «Barmek»in lehinə qarar çıxarmışdı. İlin əvvəlində Vergilər Nazirliyi həmin qərardan Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə işi yenidən İqtisad Məhkəməsinə qaytarıb. «Barmek» nazirliyin texniki itkiləri üçün də ƏDV hesablanması ilə razı deyil.
«Barmek»ə qarşı həm də Baş Prokurorluqda mənimsəmə və korrupsiya faktı üzrə cinayət işi açılıb.