Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:40

Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdilər


Tədbirin ən yadda qalan şüarlarından birini aksiyaya valideynləri ilə birlikdə gələn dördyaşlı qız səsləndirib
Tədbirin ən yadda qalan şüarlarından birini aksiyaya valideynləri ilə birlikdə gələn dördyaşlı qız səsləndirib
Yanvarın 9-da ABŞ-da yaşayan bir qrup azərbaycanlı BMT-nin Nyu-Yorkdakı qərargahı qarşısında piket keçirib. Onlar Azərbaycanda Konstitusiyaya dəyişikliklərə etiraz ediblər.

Aksiyaya Birləşmiş Ştatlardakı azərbaycanlıların AZAD adlı təşkilatının təşəbbüs qrupu təşkilatçılıq edib.

Qrup üzvlərindən Emin Milli «Azadlıq» radiosuna deyib ki, iki saata yaxın davam edən aksiyada ABŞ-ın müxtəlif şəhərlərindən gələn azərbaycanlılar iştirak ediblər. Onlar bir sıra şüarlar səsləndiriblər. Tədbirin ən yadda qalan şüarlarından birini aksiyaya valideynləri ilə birlikdə gələn dördyaşlı qız səsləndirib.

Emin Milli: «Onun belə bir şüarı var idi ki, mən də gələcəkdə prezident olmaq imkanını əldə etmək istəyirəm.
O balaca qız istəyir ki, onda bu haqq olsun, bunu onun valideynləri, bunu biz istəyirik. Məsələ onda deyil bu gün kim prezidentdir, məsələ prinsiplərdədir. Əgər hər hansı dövlətdə bir şəxs iki dəfədən çox prezident olmaq haqqını qazanırsa, bu, ölkənin ciddi bir təhlükəyə düçar olduğunu göstərir. Biz də bu təhlükəyə qarşı BMT qarşısında aksiya keçirdik»

Emin Milli deyir ki, onlar növbəti aksiyalarını Avropa ölkələrində keçirəcəklər.
Bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciətlər göndərməyə başladıqlarını deyən Emin Milliyə görə, hələ də gec deyil. Onlar inanırlar ki, beynəlxalq təşkilatlar Azərbaycan rəhbərliyini martın 18-nə qədər referendumdan çəkindirə bilərlər.

Emin Millinin fikrincə, Konstitusiyaya dəyişikliklər Qarabağ məsələsində Azərbaycanın mövqeyini xeyli zəiflədə bilər. O, Amerikada yaşayan erməni icmasının artıq referendumdan özlərinin xeyrinə istifadə etməyə hazırlaşdıqlarını deyir.
Hətta «Azərbaycan belə bir addım atmaqla xanlıq dövrünə qayıdır» kimi istehzalı fikirlər səslənməkdədir.

Bu ilin martında Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməlidir. Müxalif qüvvələrin etiraz etdiyi dəyişikliklərdən biri bir nəfərin iki dəfdən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin ləğvi ilə bağlıdır.

XS
SM
MD
LG