Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:28

Klinton: «Nabucco»nun reallaşmasına çalışacağıq»


Hilari Klinton bu il yanvarın 20-dən dövlət katibi səlahiyyətlərinin icrasına başlayır
Hilari Klinton bu il yanvarın 20-dən dövlət katibi səlahiyyətlərinin icrasına başlayır
Barak Obama administrasiyası ABŞ müttəfiqlərinin «Nabucco» qaz layihəsi üzrə siyasi sazişlər imzalamasına nail olmağa çalışacaq, bu barədə ABŞ-ın gələcək dövlət katibi Hilari Klinton bildirib.
«Mən və komandam avropalı müttəfiqlərimizi qətiyyətlə «Nabucco»nun və ya Avropaya qaz idxalı yollarını şaxələndirməyə kömək edəcək başqa boru kəmərinin tikintisinin təmin edilməsi üçün zəruri olan siyasi sazişlər bağlamağa razı salmağa çalışacağıq», deyə Klintonun respublikaçı-senator Riçard Luqarın suallarına yazılı cavabında qeyd edilib.

Bu suallar dövlət Klintonun katibliyi vəzifəsinə namizədliyinin təsdiqi ilə əlaqədar ABŞ senatına təqdim edilib.

Klintonun sözlərinə görə, «Nabucco» və ya cənub dəhlizində Avropa bazarlarına doğru digər boru kəmərlərinin tikintisi üzrə uğurlu strategiya yüksək siyasi səviyyədə ardıcıl qarşılıqlı fəaliyyət tələb edəcək, o cümlədən ABŞ tərəfindən».(Turan)

Hilari Klinton bu il yanvarın 20-dən dövlət katibi səlahiyyətlərinin icrasına başlayır.

«Nabucco» layihəsi Xəzər bölgəsindən təbii qazın 3,3 min kilometr uzunluğunda kəmərlə Rusiyadan yan keçməklə Avropa Birliyi ölkələrinə çatdırılmasını nəzərdə tutur.
XS
SM
MD
LG