«Buraxdılar, kağızlarımı da qaytardılar». Bu, Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Fəxrəddin Abbasın dedikləridir.
Yanvarın 22-də onu və partiyadaşı Azər Nağıyevi müxalifətin «Respublika və Qarabağ Uğrunda» Vətəndaş Hərəkatının iki təşəbbüs qrupundan biri olan «Respublikaçılar» qrupuna 18 mart referendumu ilə bağlı imza toplayarkən polis saxlayıb.
Gecə yarısınadək Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsində saxlanan Fəxrəddin Abbas sonradan yanvarın 23- ü səhər saat 11-də geri qayıtması şərtilə evinə buraxılmışdı.
Azər Nağıyev isə gecəni 1-ci Polis Bölməsində keçirməli oldu.
Yanvarın 23-ü səhər saat 11-də vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün biz də ora getdik. Binanın qarşısında şıdırğı iş gedirdi. Bir nəfər qaldırıcı kranın qülləsində dayanıb istilik sobalarının borularını təmizləyirdi.
Bölmədən dedilər ki, rəis və müavini hansısa tədbirdədirlər. Bir azdan gələcəklər. Vaxtı bada verməyib saat 11-i keçməsinə baxmayaraq hələ də orada gəzinərək içəri çağırılmasını gözləyən Fəxrəddin Abbasla söhbətləşdik. Dedi ki, barəsində heç bir şikayət ərizəsi olmadığı halda polis onu vətəndaşları aldadaraq və ya məcbur edərək imza toplamaqda suçlayıb gecə yarısınadək qeyri-qanuni bölmədə saxlayıb.
Bir saata yaxın gözlədikdən sonra Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən dedilər ki, rəis suallarınızı DİN-in Mətbuat Xidmətinə ünvanlamağı məsləhət gördü.
DİN Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bizimlə bu barədə söhbətində dedi ki, polis hər iki şəxsi imza toplayarkən qanun pozuntusuna yol verdiyi üçün saxlayıb.
Eləmədik tənbəllik oradan getdik Tağıyev qəsəbəsi istiqamətinə - Fəxrəddin Abbasın imza topladığı gecəqondular yerləşən əraziyə. Kimlər ki, onun kağızına imza atmışdılar danışmaqdan ehtiyatlandılar. Amma bununla belə, əhali heç kimin onları aldadaraq və ya zorla imza verməyə məcbur etmədiyini bildirdi.
MSK üzvü Akif Qurbanov da deyir ki, əslində indiki vaxtda imzatoplayanların vətəndaşları aldada bilməsi inandırıcı deyil. Ona görə də bu faktın irəli sürülməsi məntiqdən uzaqdır və reallığa söykənmir.
Onun sözlərinə görə, Seçki Məcəlləsinin 11.1-ci məddəsinə əsasən, dövlət orqanlarının, vəzifəli şəxslərin referendumla bağlı proseslərə bu cür müdaxilə etmələri qanunla qadağan olunur. Bu hərəkətin məsuliyyəti Cinayət Məcəlləsində də öz əksini tapır:
«Görünür, kimlərəsə bəhanələr lazımdır. Mən tövsiyə edirəm ki, Fəxrəddin Abbas və digər təzyiqə məruz qalanlar DSK-ya müraciət etsinlər. Əgər onun araşdırmasından narazı qalsalar, MSK-ya, ondan sonra isə Apellyasiya Məhkəməsinə müraciət etmək hüquqları var».
Seçki mütəxəssisi Anar Məmmədlinin fikrincə, vətəndaşların seçki, referendum və sair bu kimi proseslərdə sərbəst iştirakına münbit şərait yaradılmalıdır. Əgər belə bir şərait olmasa, hətta referendum günü hər şey mükəmməl olsa belə, prosesin demokratik keçdiyini söyləmək mümkün olmayacaq.
Anar Məmmədlinin sözlərinə görə, imza toplama işində vətəndaşlara qarşı hər hansı qeyri-qanuni hərəkətlər baş versə, onların özləri DSK və ya MSK–ya müraciət edə bilərlər. Aparılan araşdırmalar isə göstərir ki, hələlik vətəndaşlardan müvafiq instansiyalara belə müraciətlər yoxdur.
Yanvarın 23-ü günün ikinci yarısı artıq Müsavat Partiyasının üzvləri - Fəxrəddin Abbas və Azər Nağıyev evlərinə buraxılmışdılar. Fəxrəddin Abbas deyir ki, əhalinin günün günorta çağı bu cür təzyiqlərin şahidi olması müxalifətin imza toplama işini xeyli çətinləşdirəcək.