Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:03

İ.Qəmbər: «95-ci ildən bəri imza toplamaq bu qədər çətin olmayıb»


İ.Qəmbər: «Hakimiyyətin səylərinə baxmayaraq imzalar toplanıb MSK-ya təqdim ediləcək»
İ.Qəmbər: «Hakimiyyətin səylərinə baxmayaraq imzalar toplanıb MSK-ya təqdim ediləcək»
Dinlə

«1995-ci ildən bəri imza toplamaq bu qədər çətin olmayıb, repressiyalar belə geniş miqyas almayıb, bütün ölkəni bürüməyib, təşkilatlara, fərdlərə qarşı belə çoxlu metoddan istifadə edilməyib».

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. Partiya başqanı deyir ki, çətinliklər var. Amma bu cür çətinlikləri dəf etməyə hazırdılar:

«Hakimiyyətin səylərinə baxmayaraq imzalar toplanıb MSK-ya təqdim ediləcək. Yanvarın 31-dək vaxt var, artıqlaması ilə bəs edəcək».

«İşdən sonra»nın başqa bir qonağı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə hesab edir ki, hakimiyyət təlaş içindədir:

«Səhərdən axşama kimi düşünürəm, hakimiyyətdəkilər nədən qorxurlar. Qorxmurlarsa, bu təzyiqlər, insana layiq olmayan hərəkətlər, qadınları polisə aparmaq nəyə lazımdır?»

Müsavat Partiyasının başqanı referendumla bağlı ortaya bəzi ziddiyyətlərin çıxdığını deyir:

Leyla Yunus
«Konstitusiyaya baxaq. Orda 11-ci fəsildə Konstitusiyaya dəyişikliklərdən, 12-ci fəsildə isə əlavələrdən söhbət gedir. 1995-ci ildə Konstitusiyanı qəbul edəndə dəyişiklik və əlavələrin qəbulu ayrı-ayrı fəsillərdə verilib. Dəyişikliklər yalnız referendumla edilməlidir. Əlavələrsə parlamentdə qəbul olunur. Əlavələr parlamentdə iki dəfə səsə qoyulur və ikinci səsvermə düz altı aydan sonra olmalıdır. Bu, Konstitusiya pozuntusudur».

Partiya başqanına görə, bu şəkildə referendumun keçirilməsi qanuna ziddir.

Hüquq müdafiəçisi Leyla Yunus isə sual edir:

«Bəs Konstitusiya Məhkəməsi hara baxırdı? Məhkəmənin sədri hüquqşünas deyildi?»

Bu ilin martında Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendum keçirilməlidir. Müxalifətin daha çox etiraz etdiyi bir şəxsin iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır.
XS
SM
MD
LG