Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:38

«Azadlıq» bloku öz telekanalını açmağa hazırlaşır


Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə deyir ki, bu televiziyanı qeydiyyatdan keçirmək üçün hüquqi əsaslar yoxdur

AXCP, ADP və AMİP-in Əli Əliyevin rəhbərlik etdiyi qanadını birləşdirən «Azadlıq» bloku yeni telekanal yaratmaq niyyətindədir. AXCP sədri Əli Kərimli deyir ki, yaradılması nəzərdə tutulan telekanal prinsipcə İctimai Televiziyaya yaxın olacaq. Və yeni telekanal cəmiyyətin ciddi bir hissəsinin ictimai televiziyası kimi də qəbul edilə bilər: «Azadlıq» blokunun təsisçiləri bu gün belə qərara gəldilər ki, ölkədə yetərincə şəffaf informasiya mühitinin olmadığını nəzərə alaraq, blokun televiziyası təsis olunsun və rəsmən Azərbaycan hökumətinə bu televiziyanın qeydiyyatdan keçirilməsilə bağlı müraciət edilsin».

AXCP sədri əlavə edir ki, «Azadlıq» blokunun təsisçiləri yeni telekanal açmağın çətin olacağını başa düşürlər. Ancaq onlar bu istiqamətdə fəaliyyətə başlayırlar və bütün hüquqi maneələri aşaraq telekanalın açılmasına nail olacaqlarına inanırlar. Televiziyanın maliyyə məsələsinə gəlincə, Əli Kərimli deyir ki, «Azadlıq» blokunun çoxsaylı tərəfdarları da bu televiziyanı maliyyələşdirməyə hazırdırlar. Bu məsələ artıq bloka daxil olan partiyalarda müzakirə edilib.


XS
SM
MD
LG