Dünyadakı iqtisadi böhranla bağlı mədən sənayesinin problemləri və iş yerlərinin ixtisarı dalğası Ermənistandan da yan keçmir. Amma bu dalğa Ermənistana daha ağır zərbə vura bilər. Hətta sosial etirazlara gətirib çıxara bilər. Səbəbsə çox sadədir: Mədən sənayesi işçiləri Ermənistanın onsuz da az olan işçi ordusunun böyük qismini təşkil edir.
Ermənistan mədən sənayesinin hasil etdiyi mis, sink, qurğuşun və molibden ölkənin əsas ixrac məhsullarıdır. Bu sənaye isə əsasən beynəlxalq şirkətlərin nəzarəti altındadır. Sonuncu böhran Ermənistanda çalışan beynəlxalq şirkətlərin əksəriyyətinin dünyadakı mövqeyinə təsir edib. Bu şirkətlər isə öz növbəsində yerli hökumətin böhran siyasətinin yetərsizliyi üzündən xərclərini iş yerlərinin ixtisarlarının hesabına azaltmağa çalışırlar.
Bəzi Ermənistan rəsmiləri böhran üzündən iş yerlərinin itirilməsi faktlarının çox cüzi olduğunu iddia etsə də, Ermənistanın Məşğulluq İdarəsinin rəhbəri Sona Harutunyanın sözləri bunun əksini sübut edir. Bir müddət əvvəl Harutunyan etiraf etmişdi ki, Ermənistandakı iş yerlərinin sayı o qədər azdır ki, hətta bir neçə yüz adamın ixtisarı belə ciddi problemlər yarada bilər.
Ermənistan əhalisinin cəmi 1.2 milyonu iqtisadi cəhətdən aktivdir - yəni əmək qabiliyyətlidir. Rəsmi rəqəmlərə görə, ötən il bunun 6.8 faizi işsiz olub. Müstəqil hesablamalara görə isə, Ermənistanda rəsmi işsizlik 27 faizdir. 2009-cu ildə bu rəqəm daha da arta bilər.
Təkcə 40 min nəfərin yaşadığı Qafanda şəhərin əsas işlək müəssisəsi - «Deno» Qızıl Mədən Şirkəti öz fəaliyyətini üç aylığa dondurub. Nəticədə 1526 işçi işsiz qalıb. Düzdür, bu qərardan hələ noyabrda xəbər tutan işçilər o vaxt tətil etdilər. Nəticədə tam qovulma tarixlərini 18 fevrala kimi təxirə sala bildilər. Bu müddət ərzində isə şirkət maaşların 2/3 hissəni verməyə razılaşdı. Amma dövlətdən aldığı 800 milyon dram – 2.6 milyon dolların hesabına. Şirkətin rəhbəri Robert Falletta deyir ki, heç kim fevralın 18-dən sonra yardımın davam edəcəyi haqda onlara təminat verməyib.
Yerevanın 400 kilometrliyindəki Aqarakdakı molibden mədənində eyni problem üzündən 450 işçi ixtisar olunub. Aqarakdakı həmkarlar təşkilatının sədri Arkadi Sarkisyanın sözlərinə görə, indi bu qəsəbədə əmək qabiliyyətli hər iki nəfərdən biri işsizdir və hökumət bundan ciddi narahat olmalıdır.
Ermənistanın şimalında, Alaverdidəki mis mədənlərində 1044 nəfər noyabrda ixtisar olunub. Şəhər əhalisinin 70 faizi bu şirkətin hesabına dolanır.
Gümrü və Vanadzordakı mədənlər və kimya məhsulları zavodları isə dekabra qədər dözə bilib. Orda da öz hesabına məzuniyyətlər və ixtisarlar aparılıb.
Elə paytax Yerevanda da vəziyyət oxşardır. Ermənistanın ən iri sənaye müəssisələrindən olan kauçuk zavodu dekabrda 2800 işçisinin yarısını 4 aylığa ixtisar edib.
Ən maraqlısı budur ki, bu mədənlərin, zavodların bağlandığı şəhərlərdə insanların məşğulluğunu təmin etməyə başqa sahələr yoxdur. Məsələn, Alaverdinin icra başçısı Artur Nalbandyan etiraf edir ki, mis mədəni olmasa, şəhər batar:
«Çünki bizim nə əkməyə torpağımız, nə də imkanımız var».
Ermənistandakı bir çox ekspertlər əmindilər ki, bu ixtisarlar kütləvi sosial etirazlara səbəb olacaq. Hökumət bu ehtimalları yaxın buraxmasa da, Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asaturyan iddia edir ki, etirazlar qarşısı alınmazdır. Levon Ter Petrosyanın tərəfdarlarından olan Asaturyanın sözlərinə görə, «camaat görür ki, hökumət vəziyyəti düzəltmək üçün boş-boş vədlər verməkdən və vergiləri günbəgün qaldırmaqdan başqa bir şey etmir».
İqtisadçı Andranik Tevanyanın fikrincə, Ermənistandakı vergi sistemi vəziyyəti lap ağırlaşdırır.
Ermənistanın Vergi Məcəlləsinə görə, gəliri 191 min dollardan yuxarı olan müəssisələr 30-35 faiz arasında mənfəət vergisi verir, 191 min dollardan az olanlar isə 10-15 faiz arasında. Bu üzdən bəzi şirkətlər işçiləri çıxarıb, istehsalı azaltmaqla vergi yükünü də azaltmağa çalışır. Və hökumət təcili şəkildə öz valyuta ehtiyatlarında istifadə edib, vəziyyəti düzəltməsə, işlər pis olacaq.
A.Tevanyan deyir ki, bütün dünyada ölkələr böhranla üzləşən şirkətləri və iş yerlərini xilas etmək üçün vergiləri azaldırlar, güzəştlər tətbiq edirlər, maliyyə yardımı edirlər:
«Bizdəsə əksinədir. Bir neçə aydır ki, şirkətlərə ancaq boş vədlər verirlər».
Amma Ermənistanın İqtisadiyyat naziri Nerces Yeritzyan hələ ki, stimullaşdırıcı tədbirlərə ehtiyac görmür, deyir ki, «biz artıq böhranın ilk dalğasını dəf etmişik və əminəm ki, vəziyyət düzəlməyə doğru gedəcək».
Bu arada ixtisarların çoxaldığı Syunik bölgəsinin Məşğulluq İdarəsinin rəhbəri Ruben Petrosyan bildirib ki, ilin ilk ayı ərzində rəsmi işsizlik göstəricisi artıq iki dəfə artıb və 15 faizə çatıb. Əgər bunun qarşısı alınmasa, artım eyni templərlə davam edəcək. İşsizliyin cəmi 15 faizə çatması isə artıq burdakı xidmət və satış müəssisələrin gəlirlərini yarıbayarı azaldıb.