Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Xarici mətbuat Plafın Bakı səfəri barədə


Prezident Barak Obamanın seçki kampaniyasının keçmiş rəhbəri David Plaf
Prezident Barak Obamanın seçki kampaniyasının keçmiş rəhbəri David Plaf



Plaf qonorarını demokratiya üçün mübarizə aparanlara bağışlayır

Prezident Barak Obamanın seçki kampaniyasının keçmiş rəhbəri David Plaf Azərbaycanda çıxışına görə, aldığı qonorarı qaytarmaq niyyətindədir.

Onun neftlə zəngin amma avtoritar ölkə olan Azərbaycana səfərini yerli hakimiyyətinə yaxın adamlarla işləyən lobbi qrupları təşkil edilib. Amma David Plafın yaxın köməkçiləri bildirirlər ki, bu barədə o, özü yalnız təyyarədə Azərbaycana uçarkən xəbər tutub.

Yardımçılarının dediyinə görə, indi cənab Plaf çıxışı üçün aldığı 50 000 dollar miqdarında qonorarı Qafqaz regionundakı keçmiş sovet ölkələrində demokratikləşmə uğrunda mübarizə aparan qruplara bağışlamaq niyyətindədir. Cənab Plaf həm də öz çıxışının məzmununu müxalifət qrupları ilə də bölüşmək istəyir.

ABŞ rəsmiləri bildirirlər ki, cənab Plaf çıxışlarını regiondakı Birləşmiş Ştatlar rəsmiləri ilə əlaqələndirir. Və onun mesajı demokratiyanın inkişafında internetin imkanlarından istifadə edilməsi barədədir. Ancaq onlar əlavə edirlər ki, Azərbaycan hakimiyyəti Vaşinqtondakı lobbi qruplarının köməyi ilə ABŞ-dan nüfuzlu şəxsləri dəvət etməklə özünü legitimləşdirməyə çalışır.

Bu Qafqaz ölkəsi Konstitusiya dəyişikliyinə dair referendum ərəfəsindədir. Həmin referendumla prezident Əliyevin üçüncü dəfə seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur.

Azərbaycan ABŞ-ın əsas müttəfiqlərindəndir. Hərçənd ki, Dövlət Departamenti bu ölkəni azad seçkilərin keçirilməsi və insan haqlarının pozulması sahəsində problemlərinə görə tənqid edib.

Cənab Plaf indiki ABŞ hakimiyyətində təmsil olunmasa da, onun hakimiyyət dairələri ilə çox sıx əlaqələri var.

David Plaf «Azadlıq» radiosuna bunları deyib: «Mən bura adi vətəndaş kimi səfər etmişəm. İnternet, demokratiya və bizim seçkilər haqqında danışıram».

Məlumatlara görə, cənab Plafın Azərbaycana səfəri Vaşinqtondakı Bob Lawrence & Associates adlı lobbi qrupu tərəfindən təşkil edilib. Bakıda yerli universitetdə çıxışını hakimiyyətə yaxın qeyri-hökumət təşkilatı maliyyələşdirib. Bu kompaniya özünün internet saytında Azərbaycanı özünün müştəriləri sırasına daxil edib. Amma Bob Lawrence & Associates David Plafın səfəri barədə xəbərləri şərh etməyiblər.

Ağ Evin sözçüsü Robert Qibbs də bildirib ki, bu, cənab Plafın Azərbaycana şəxsi səfəridir. Bu səfərlə o, ABŞ prezidentinin hər hansı mesajını çatdırmayıb. «Əgər ABŞ prezidentinin Azərbaycana hər hansı mesajı olsaydı, sadəcə telefonun dəstəyini qaldırardı» – deyə Robert Qibbs bildirib.




Plafın xarici səfəri Obanın mənafeyi üçün deyil

Bazar ertəsi Ağ Evdən bildiriblər ki, Azərbaycana səfər edən prezident Barak Obamanın seçki kampaniyasının keçmiş rəhbəri David Plaf Birləşmiş Ştatlar prezidentini təmsil etmir və onun hər hansı mesajını çatdırmır.

Obamanın mətbuat katibi Robert Qibbs bildirib ki, cənab Plaffın səfəri şəxsi xarakter daşıyır. Robert Qibbs prezidenti İndianaya səfərində müşayiət edərkən təyyarədə jurnalistlərin sualına cavabında bunları deyib: «O, prezidentin adından səfər etməyib və ABŞ prezidentinin hər hansı mesajını çatdırmır. Əgər prezidentin Azərbaycana mesajı olsaydı, sadəcə telefonun dəstəyini qaldırardı».

Obamanın seçki kampaniyasını təşkil edən David Plaf Qərb Universitetində tələbələr qarşısında çıxış edib.

«Azadlıq» radiosunun məlumatına görə, onun çıxışını jurnalistlərin dinləməsinə icazə verilməyib. O, həmçinin prezident Əliyevlə görüşündə nələri müzakirə edəcəklərini söyləməkdən imtina edib.

«Mən bura adi vətəndaş kimi gəlmişəm. Burada internet, demokratiya, bizim seçkilərimiz haqqında danışıram» – deyə Plaf Bakıda bildirib.

Plafı Azərbaycana Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası dəvət edib. Bu qeyri-hökumət təşkilatı prezident Əliyevə yaxın təşkilatdır.




Azərbaycan prezidenti demokratiyanı məhdudlaşdırmasına görə tənqid edilir

Obamanın kampaniyasının meneceri David Plaf Bakıda çıxışı üçün aldığı pulu geri qaytarmaq qərarına gəlib.

Verilən məlumata görə o, universitetdə çıxış üçün aldığı 50 000 dolları keçmiş sovet respublikalarında demokratiya uğrunda mübarizə aparanlara bağışlamaq niyyətindədir. Bu barədə xəbər onun səfərini hakimiyyətə yaxın qrupların təşkil etməsi barədə məlumatlardan sonra yayılıb. Azərbaycanın prezidenti ölkədə demokratiyanın məhdudlaşdırılmasına görə tənqid edilir.

Prezident Obamanın seçki kampaniyasını təşkil etmiş Plaf indiki administrasiyada təmsil olunmur, amma onun Obamanın komandası ilə sıx əlaqələri var.
XS
SM
MD
LG