«İl təzə başlasa da, artıq jurnalistlərə təzyiqlərlə bağlı dörd fakt qeydə alınıb. Və bunların əksəriyyəti ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparmır». Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı «Xəbər-ətər» proqramına Jurnalistləri Müdafiə Komitəsinin 2008-ci ildə jurnalistlərə hücumlarla bağlı hesabatını şərh edərkən belə deyib.
Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə azı 5 jurnalist həbsdədir. Azərbaycan həbsdəki jurnalistlərin sayına görə, Avropa və Mərkəzi Asiya ölkələri arasında ikincidir, yalnız Özbəkistandan geri qalır.
Rəşid Hacılının sözlərinə görə, Azərbaycanda ötən il döyülən jurnalistlərdən yalnız bəzisi haqda araşdırma aparılıb. Qalan hallarda normal araşdırma getməyib, təqsirli şəxslər istintaqa cəlb olunmayıb.
«Əsasən də döyülənlər tənqidçi və ya etiraz aksiyalarını işıqlandıran jurnalistlər olub. Bu da polisi qıcıqlandırıb. Jurnalistləri döyənlər və ya onların döyülməsini sifariş edənlər cəzasız qalıblar. Məsələn, «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlili döyən vəzifəli şəxslərin şəkilləri, videogörüntüləri olsa da, istintaq buna əhəmiyyət vermədi. Və ya ilin sonunda «Yeni Müsavat»ın əməkdaşı Zamin Hacı döyüldü. Bu işlə bağlı istintaq yerində sayır».
Rəşid Hacılı deyir ki, 2009-cu il də istisna deyil. Bir ay on gündə jurnalistlərə təzyiqlərlə, hədə-qorxularla bağlı dörd fakt qeydə alınıb.
«Yeni Müsavat» qəzetinin əməkdaşı Əfqan Muxtarlı etiraz aksiyasını işıqlandırarkən döyülüb. O deyir ki, polis rəisinin tapşırığı ilə döyülüb. Çünki aksiyadakı qanunsuzluqları lentə köçürürmüş, bu da polisi narahat edib. Və ya Naxçıvanda bir neçə hadisə baş verib. Media nümayəndələri Həkimeldostu Mehdiyev, Məlahət Nəsibovaya və Elman Nəsibova hədə-qorxu gəlinib, daha sonra həmin üç nəfərdən birinə - Mehdiyevə xəsarət yetirilib. Artıq xəsarət yetirilməsiylə bağlı cinayət işi açılıb. Amma başqa hallar ciddi araşdırılmır».
Rəşid Hacılıya görə, jurnalistlərin müxtəlif şəxslərlə, xüsusən də məmurlarla toqquşması mümkündür. Sadəcə, dövlətin borcu budur ki, riskli peşə sahibi olan jurnalistləri müdafiə etsin. Amma Azərbaycanda belə deyil.