General Rail Rzayev dəfn olunub. O, İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
***
«Azadlıq» radiosu müxbirinin əldə etdiyi məlumata görə, R.Rzayev ailəsinin xahişi ilə Yasamal qəbiristanlığında dəfn ediləcək.
Bundan əvvəl generalın İkinci Fəxri Xiyabanda dəfn ediləcəyi bildirilirdi.
***
***
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin vida mərasimi qapalı keçirilir. Mərasimə jurnalistlər buraxılmayıb.
Generalla vida mərasimi fevralın 11-də saat 15.00-da Müdafiə Nazirliyinin Təlim-tədris mərkəzində başlayıb.
General evinin yaxınlığında AO-010 dövlət nömrə nişanlı, «Mitsubishi» markalı avtomobilə minərkən vurulub. O, qətlə yetiriləndə sürücüsü yanında olub.
Şahidlər deyiblər ki, R.Rzayev təxminən saat 10.00 radələrində evindən 150 metr aralıda Beynəlxalq Bankın Yasamal Filialının binasının arxa tərəfində başından güllələnib.
Generala hansı silahdan atəş açıldığı hələlik açıqlanmır.
Hazırda hadisə yerində Respublika Hərbi Prokurorluğunun əməkdaşları istintaq hərəkətləri aparır.
Jurnalistlər əraziyə buraxılmır.
Bu vaxta qədər Azərbaycanda hərbi generalların öldürülməsi faktı qeydə alınmayıb.
Hadisə yerindən fotolar