Generalın qətli ilə bağlı istintaq müxtəlif versiyalar üzərində işi davam etdirir. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Müdafiə nazirinin müavini Rail Rzayevin qətli ilə bağlı cinayətin açılması, onu törədənlərin müəyyən edilərək tutulması istiqamətində hərtərəfli və intensiv istintaq hərəkətləri həyata keçirilir.
«Yeni Müsavat» qəzetinin məlumatına görə, general Rail Rzayev ölümündən bir gün qabaq Hərbi Prokurorluğa çağırılıb və orada dindirilib.
«Bizim yol» isə yazır ki, generalın qətlinin sifarişçisi müəyyən edilib:
«Siyasi qərardan sonra qətllə bağlı geniş açıqlama olacaq».
Müdafiə nazirinin müavini R.Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.
İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.