«Dağlıq Qarabağ probleminin həlli üçün imkanlar mövcuddur».
Bunu jurnalistlərə verdiyi açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.
Həmsədr münaqişənin həlli müddəti ilə bağlı isə deyib ki, həll imkanları olsa da, bu qərarın nə vaxt qəbul olunacağını demək çətindir. Bu, prezidentlərdən, danışıqların gedişindən asılıdır.
Bununla yanaşı, M. Brayza münaqişənin həlli üçün kompromisin tələb olunduğunu vurğulayıb:
«Kompromis mümkündür və o, həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün ədalətli olmalıdır. Ortaq məxrəcə gəlmək üçün tərəflər hiss etməlidir ki, əldə olunacaq razılıq onlar üçün ədalətlidir. Bunun nədən ibarət olması isə prezidentlərə aid olan sualdır».
Bu yaxınlarda ATƏT-in təmas xəttində keçirdiyi monitorinq zamanı atəşkəsin pozulması faktı ilə bağlı isə M. Brayza qeyd edib ki, bu barədə xəbərdardır:
«Mən daim Anjey Kaspşiklə əlaqə saxlayıram. Biz nə baş verdiyini bilmirik, yalnız atışmanın olduğunu bilirik. Belə hadisələrin təkrarlanmasını istəmirik. Bundan başqa, A. Kaspşikin və onun komandasının araşdırmalarının yekunlaşmasını gözləyirik».
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəldikdə isə, amerikalı həmsədr bildirib ki, bu, həmsədrlərin Ermənistana səfərindən sonra müəyyənləşəcək:
«Görüşün nə vaxt keçiriləcəyini demək çətindir. Bu, bizim Yerevanda keçirəcəyimiz görüşlərin nəticəsindən asılı olacaq». / APA /