Avopa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef sərt bəyanatla çıxış edib və Azərbaycanın nümayəndə heyətinin bu konqresdə iştirakının dondurulacağı ehtimalını da dilə gətirib. Hadisələrin belə inkişafı barədə nə düşünürsünüz?
- Cənab Mikallefə cavab olaraq mən diqqəti Avropa Şurasının nümayəndə heyətinin yaydığı press-relizə çəkmək istəyirəm. Burda deyilir ki, «Nümayəndə heyəti belə nəticəyə gəlir ki, referendum Azərbaycan xalqının sabitlik və demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir. Buna baxmayaraq hakimiyyətin daha yaxşı tarazlaşdırılması gələcəkdə də islahatların aparılmasını tələb edəcəkdir».
İki rəy arasında ciddi fərq var. Ola bilsin belə kəskin reaksiya verən bizim dostumuz, tərəfdaşımız referendum barədə yaxşı məlumata malik deyil. Çünki referendum Azərbaycan xalqının demokratiya yolunda buna qədər etdiyindən daha artıq iş görmək arzusunu təcəssüm etdirir. Referendum bizə bundan sonra təkcə Azərbaycan xalqı deyil, həm də Avropa qurumları tərəfindən qəbul ediləcək addımlar atmaq imkanı verdi. Bəzi hallarda məlumatın obyektiv analizlərinin olmaması, anlaşılmazlıqlar və qeyri-mötəbər məlumatlara istinad edilməsi hətta Avropa Şurasının daxilində və digər beynəlxalq təşkilatlarda anlaşılmazlıqlara səbəb olub.
Mənə elə gəlir ki, Yerli və Regional Hakimiyyətlər Konqresinin rəyi də anlaşılmazlığın nəticəsidir. Onlar Azərbaycanın dostlarıdır və bizim onlarla çox yaxşı münasibətlərimiz var. Mənə elə gəlir ki, bizim niyyətlərimiz baxımından anlaşılmazlıq var. Biz Avropa ailəsinin etibarlı üzvü olmaq istəyirik. Əslində elə indi də beləyik. Çünki Azərbaycan insanları tamamilə azad şəkildə qanunu dəyişərək, demokratikləşmə, Azərbaycanda stabilliyə xidmət edən işlər görmək imkanını dəyərləndirirsə, bu, Avropanın marağındadır. Çünki Avropa bu qeyri-stabil coğrafiyada stabil, demokratik ölkənin olmasında maraqlıdır. Mənim dostlarım, xahiş edirəm, bizim harada olduğumuzu nəzərə alın. Biz ərazimizi işğal edən ölkə ilə qonşuyuq, biz islami hərəkatlarına görə o qədər də anlaşılmayan ölkənin qonşuluğundayıq, biz bölgədə dominantlığını göstərmək istəyən böyük, nəhəng ölkənin qonşuluğundayıq. Biz çox zəif və kövrək bir ölkənin qonşuluğundayıq. Biz hələ istiqamətini müəyyənləşdirməyə çalışan Xəzərin o tayındakı ölkələrlə qonşuluqdayıq. Ona görə də, xahiş edirəm, indilik kəskin bəyanatlarla bir qədər ehtiyatlı olun. Azərbaycan həqiqətən də müstəqil və Avropa ölkələri üçün etibarlı və məqbul dost olan yeganə ölkədir. Biz bu istiqamətdə əlimizdən gələni edirik, amma bu ikitərəfli istiqamətdir. Bu, elə bir yoldur ki, o təkcə Avropa üçün deyil, Azərbaycan üçün də məqbul olmalıdır. Buna görə də, xüsusilə xarici müşahidəçilərin rəyini nəzərə alanda – qeyd edim ki, təkcə Avropa Şurası deyil, onların hamısı, MDB, Avropa ölkələrinin parlamentarları da referenduma müsbət rəy veriblər - belə çıxır ki, dostumuzun Azərbaycanın üzvlükdən çıxarılması və ya buna oxşar bir kəskin rəy verməsi sadəcə anlaşılmazlıq, ya da məlumat çatışmazlığıdır. Mən inanıram ki, bu ölkədə nəyin baş verdiyi barədə real məlumat alandan sonra o, sadəcə fikrini dəyişmək deyil, həm də burda bizim nə etdiyimiz və nə etmək istədiyimizi anlaya biləcək.
- Bəlkə siz AŞ PA üzvlərinin hansı qurumu təmsil etdiyi məsələsinə aydınlıq gətirəsiniz. Çünki onların mandatı və təmsilçilik hüququ ilə bağlı bir anlaşılmazlıq var.
- Bu, yaxşı sualdır. Avropa Şurası Parlament Assambleyasının Bürosu qərar qəbul edib ki, bəzi AŞ PA üzvlərini göndərsin ki, onlar bu ölkədə nəyin baş verdiyini görsünlər. Orada Avropa Şurasının bütün siyasi qruplarının üzvləri var idi. Onların AŞ PA-dan tamamilə aydın mandatı var. Bu sualın ortaya çıxması da təəccüblüdür. Heyətin rəhbəri Belçikadan Pol Villidir. Onlar da tamamilə qanuni şəkildə referendumu izləyiblər və müşahidələrini də press-relizdə əks etdiriblər.
- Nümayəndə heyətini müşayiət edən AŞ PA Katibliyinin nümayəndəsi cənab Buye isə «Azadlıq» radiosuna deyib ki, bu parlamentarlar Avropa Şurasının mövqeyini əks etdirmirlər. Onlar sadəcə müşahidələrini Büro ilə bölüşəcəklər.
- Bütün müşahidə missiyaları öz mövqeyini əks etdirir. Onlar buraya ya müxalifət, ya hakim zümrə ilə nə isə etmək üçün deyil, vəziyyəti obyektiv olaraq müşahidə etmək üçün gəlirlər. Gələcəkdə də onlar Avropa Şurasına hesabat verəcəklər. Amma eyni zamanda onlar öz fikirlərini söyləyiblər. Əlbəttə ki, referendumla bağlı müzakirə olacaq, Azərbaycan monitorinq altında olan ölkədir. Və referendumun nəticələri AŞ PA-da, Monitorinq Komitəsində və bütün digər qurumlarda müzakirə olunacaq. Amma bu günlük baş verən budur. Biz missiyanın nəticələri barədə danışırıq və bu nəticələr legitimdir və qrupun buna mandatı var. Bu, ayrı məsələdir ki, apreldə müzakirələr gedəcək və Monitorinq Komitəsi dəyərləndirmə aparacaq. Biz görüşlərdə daim müzakirə olunan ölkəyik və bunun əleyhinə də deyilik. Əksinə, biz diskussiyaların tərəfdarıyıq. Amma obyektiv müzakirələrin. İkili standartlarla deyil. Biz bəzən Azərbaycana qarşı subyektiv dəyərləndirmənin şahidi oluruq. Bu baxımdan qarşıdan gələn günlərdə AŞ PA İnsan Hüquqları Komitəsinin siyasi məhbuslarla bağlı vəziyyət üzrə məruzəçi təyin etməsi məsələsi də belələrindəndir, xüsusilə nəzərə alsaq ki, Ermənistanda və bir sıra başqa ölkələrdə siyasi məhbuslar var və cəmi bir neçə gün əvvəl Azərbaycan Amnistiya Aktı qəbul edib və mindən artıq məhbus azadlığa buraxılacaq. Gülməlidir - bir yandan biz burda insanları azad edirik, biz insan haqları uğrunda mübarizə aparırıq, o biri yandan bəzi qurumlar siyasi məhbuslarla bağlı məruzəçi təyin etmək haqda danışır. Bəzi anlaşılmazlıqlar var. Amma Azərbaycan get-gedə daha da güclənir və son referendum bizə imkan verir tərəfdaşlarımıza deyək ki, daha Sovet dövrü deyil və nə Avropa Şurası, nə də başqa bir təşkilat məncə, Sovet vaxtı «Politbüro»nun etdiyini etmək istəmir. Onlar mövqeyini, fikrini bildirə bilər. Məsələn, Venesiya Komissiyasının rəyi heç də yaxşı deyildi. Amma bu, sadəcə onların mövqeyidir. Biz isə müstəqil ölkəyik. Bu, artıq o zaman deyil ki, hansısa təşkilat bizə rəyini göndərsin, biz də tamamilə onların istədiyi kimi edək. Biz müstəqil ölkəyik. Biz nə sülh, nə hərb vəziyyətindəyik. Biz bu ölkənin gələcəyi haqda düşünməliyik. Bu gün iqtisadi, siyasi və stabillik baxımından Azərbaycan regiondakı bütün ölkələrdən, o cümlədən Avropa ölkələrdən daha yaxşı durumdadır.
- Azərbaycanın başqa qurumların rəyinə tabe olduğu vaxtlar keçib dediniz. Nə dəyişib ki, o vaxtdan?
- Biz çalışırıq ki, etibarlı tərəfdaş olaq. Bunun üçün çox şey edirik və etmişik. Tövsiyələrin hamısı bizim üçün məqbuldur, amma bəzi hallarda biz çox ehtiyatlı olmalıyıq. Çünki stabillik çox vacibdir. Daxildə və xaricdə bəzi qüvvələr bu vəziyyəti dəyişməyə cəhd edir. Bu gün fəxr edirəm ki, regiondakı bütün problemlərə baxmayaraq, biz referendumu keçirdik və bu, bizə əvvəlkindən də artıq iş görmək imkanı yaradır.