Səs: Real audio
«Hicabsızlara olmadığı kimi, başını bağlayanlara da heç bir qadağa qoyulmamalıdır» Dini Etiqad üzrə Vicdan Azadlıqları Mərkəzi Bakıdakı 75 saylı məktəbdə monitorinqə başlayıb. Bir neçə gün əvvəl həmin məktəbdən hicab bağlayan səkkiz şagird uzaqlaşdırılmışdı.
Qurumun əməkdaşı Seymur Rəşidovun sözlərinə görə, monitorinq başlanandan sonra məktəb rəhbərliyi şagirdlərin hicabla dərsə gəlmələrinə qoyduğu qadağanı götürüb.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə: «Hicabsızlara olmadığı kimi, başını bağlayanlara da heç bir qadağa qoyulmamalıdır».
Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə də eyni fikirdədir: «Kimin hansı formada məktəbə gəlməsinə məhdudiyyət yoxdur».
Bundan əvvəl Sumqayıtda bir müəllim məktəbə hicabla getdiyinə görə işdən çıxarılmışdı. Sonradan o, məhkəmə yoluyla işə bərpa olunmuşdu.