Səs: Real audio
Seçkinin başa çatmasına iki gün qalmış beynəlxalq müşahidəçilər təbliğat kampaniyasının gedişinə dair rəylərini verirlər Ən bədbin proqnozu «Human Rights Watch» (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı verib. Qurum seşkinin nə azad, nə də ədalətli olacağını bildirib.
HRW-un Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner «Azadlıq» radiosuna müsahibəsində deyir ki, onun təmsil etdiyi təşkilat müxalifət və müstəqil namizədlərin və onların fəallarının təqib, həbs və döyülməsi kimi çoxsaylı faktları artıq sənədləşdirib: «Ölkə miqyasında yerli hökumət nümayəndələrinin və hüquq-mühafizə orqanlarının təqibləri davam edir. Belə bir mühitdə seçkiqabağı kampaniyanın azad və demokratik keçdiyini söyləmək ədalətsiz olardı».
Xanım Boqner bildirir ki, əhali hökumətin davranışından belə bir nəticə çıxarır ki, müxalifətə dəstək verməməlidir. «Hakimiyyət iddia edir ki, müxalifət radikaldır və qanunsuz işlərlə məşğul olur. Müxalifət elə bir şəkildə təqdim olunur ki, əhali onu müdafiə edə bilməsin» -deyə, HRW-un nümayəndəsi bildirir.
Matilda Boqner prezident İlham Əliyevin parlament seçkisilə bağlı mayın 11-də imzaladığı sərəncamı müsbət qiymətləndirsə də, sənədin icra olunmadığını bildirir: «Ölkədə, xüsusilə müşahidəçilərin az olduğu rayonlarda baş verənlər bunu təsdiq edir. Yerli icra hakimiyyətlərinin nümayəndələri seçki kampaniyasına birbaşa müdaxilə edərək, hakim partiyanın namizədləri üçün təbliğat aparır, müxalifət və müstəqil namizədlərin seçicilərlə görüşlərinə maneçilik törədirlər».
Xanım Boqner hesab edir ki, hakimiyyət vətəndaşların sərbəst toplaşmaq azadlığını pozur, telekanallar isə hakim partiyanın xeyrinə təbliğat aparırlar.
«Human Rights Watch»dan fərqli olaraq ATƏT seçkilərə qiymət verməyə tələsmir. ATƏT-in Müşahidə Missiyasının rəhbəri Geert Arens seçkinin azad və ədalətli keçirilməsi üçün hələ də imkan olduğuna inanır.
Cənab Arensin sözlərinə görə, əgər səsvermə məntəqələrində seçki qanunauyğun keçirilsə, o zaman xalqın istəyini əks etdirə bilər.
ATƏT rəsmisi deyir ki, hakimiyyət seçki ilə bağlı hansı məsuliyyəti daşıdığını yaxşı dərk edir:
«Hökumət aydın dərk edir ki, beynəlxalq aləmin qəbul edə biləcəyi seçkinin keçirilməsi ölkənin marağındadır. Prezidentlə son dəfə görüşəndə o, mənə dedi ki, axı bundan artıq nə edə bilərəm - bir sərəncam imzaladım, sonra ikincisini verdim, bütün məsələlər nəzərə alındı. Mən ona bildirdim ki, sərəncamların bütün səviyyələrdə icra olunması çox mühümdür. Çünki qanun və fərmanların icra olunması onların qəbul edilməsindən daha vacib məsələyə çevirilir. Mən hakimiyyətin seçkini bacardığı qədər yaxşı keçirmək istəyinə malik olduğunu inkar edə bilmərəm» - deyə, cənab Arens vurğulayır.