Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:01

Bu il vərəmdən 63 məhbus ölüb


Səs: Real audio
Vardan Oskanyan isə "Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib" - deyib Dekabrın 6-sı həbsxanalar üçün əlamətdar gündür. Düz 10 il bundan qabaq həbsxanalarda vərəmlə mübarizə başlanıb



«Mən xəstəliyi cəzaçəkmə yerində tapdım. Çöldə sağlam adam idim. 10 ildir vərəmdən müalicə olunuram. Baxmağına pis baxmırlar, elə adamlar var ki, dərmanlarını evdən gətirirlər, elələri var burda verirlər. Mənim yanıma gəlib-gedən yoxdur, ona görə də dövlətin hesabındayam».



Azər Hacıyev artıq 10 ildir vərəm xəstəliyinə yoluxmuş məhbusların xüsusi müəssisəsində müalicə olunur. Cəzasının bitməsinə isə 1 il qalıb. Müəssisədə olan digər məhbuslar da xəstəliyə cəzaçəkmə yerlərində yoluxduqlarını deyirlər.



Cəzaçəkmə müəssisəsinin rəisi Nizami Quliyevin verdiyi məlumata görə, hazırda müəssisdə 900-ə yaxın xəstə məhbus saxlanılır. 500 xəstə müalicə kursu keçir. Onlardan üçü qadındır, 80 nəfəri xroniki xəstədir.



2006-cı ildən vərəmli xəstələr üçün DOTS+ adlı yeni proqram həyata keçiriləcək. Bu proqram məhsublar üçün bahalı dərmanların alınmasını nəzərdə tutur. Müəssisə rəisi xəstəliyin ildən-ilə azaldığını da bildirir:



«Demək olar ki, xəsətlik məhbuslar arasında ildən-ilə azalır. 2003-cü ildə ölən məhkumların sayı 157 nəfər olub, 2004-cü ildə 93, bu il isə 63 olub. Hardasa 3 dəfə fərq edir».



Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ədliyyə Nazirliyi 10 ildir Azərbaycandakı cəzaçəkmə yerlərində vərəmlə mübarizə proqramı üzərində işləyir. Komitənin əməkdaşı, tibb bacısı Zümrüd Hətəmova:



«Cəzaçəkmə yerlərində vərəmli xəstələr aşkarlanandan sonra bura göndəririk. Burda müalicə 8-9 ay çəkir. Açıq vərəm olanlar üçün isə 24 aydır. 80 xəstə açıq vərəmdir, onlar yeni proqramla müalicəni gözləyirlər. Rütubət soyuq, yaxşı qidalanmama – vərəmi bunlar yaradır. Bura düşən məhbusların çoxu cəzaçəkmə yerində yoluxanlardır. Ancaq elələri də var ki, cəzaçəkmə yerinə düşməmişdən əvvəl xəstə olanlardır».



Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəis müavini Natiq Talıbov isə indi məhbəslərdə şəraitin daha yaxşı olduğunu, vərəmə yoluxmaya imkan verilmədiyini deyir.



Hüquq müdafiəçisi Zəlihə Tahirova da son illərdə vərəmlə mübarizədə irəliləyişlər olduğunu deyir.



Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 1995-ci ildən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Ədliyyə Nazirliyi arasında vərəmin müalicəsinə dair saziş bağlanıb. 2000-ci ildən isə vərəmli məhbusların müalicəsi üzrə xüsusi müəssisə yaradılıb. Ötən illər ərzində 22 minədək məhbus vərəm xəstəliyindən müalicə olunub.
XS
SM
MD
LG