Səs: Real audio
Məqsədin Elmar Hüseynovun qətlini araşdıran istintaqa təsir etmək olduğu bildirilir Elmar Hüseynov Fondu yanvarın 12-dən hər cümə axşamı Bakıda – Sabir bağında jurnalistlərin iştirakı ilə kütləvi piketlər keçirəcək. Artıq bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub.
Fondun nümayəndələri bildirirlər ki, etiraz aksiyaları ilə «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlini araşdıran istintaqa təsir edərək cinayətin açılmasına çalışacaqlar. Onlara görə, bu qətli araşdıran istintaq dayandırılıb. Ona görə də qətlin sifarişçilərinin tapılması və istintaqın hərəkətə gəlməsi üçün ölkə başçısı İlham Əliyevlə də görüşmək istəyirlər.
Eyni zamanda qərara gəlinib ki, yaxın zamanda redaktorlar heyəti Gürcüstana yollansın və orada hüquq-mühafizə orqanları, hakimiyyət və mətbuat nümayəndələriylə görüşsün. Qərara alınıb ki, bütün qəzetlərdə Elmar Hüseynovun şəkli və onun qətlinin sifarişçilərinin tapılması ilə bağlı mətnin, televiziyalarda isə 15-20 saniyəlik sosial çarxların yerləşdirilməsi üçün müzakirələr aparılsın.
BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədlinin sözlərinə görə, həmin çarxlarda «Azad söz susmasın!» kimi şüarlar səsləndirilə bilər. O güman edir ki, televiziyalar buna etiraz etməyəcəklər.
Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümü ərəfəsində – martın 1-də isə ona həsr olunan beynəlxalq konfrans keçiriləcək. Tədbirdə bir sıra beynəlxalq qurumların nümayəndələrinin və ekspertlərin iştirakı gözlənilir. Martın 2-də qətlə yetirildiyi gün isə media nümayəndələri Elmlər Akademiyasının qarşısından Elmar Hüseynovun dəfn olunduğu qəbiristanlığadək yürüş edəcəklər. Daha sonra jurnalistlər Elmar Hüseynovun qətlə yetirildiyi evə gedərək onu yad edəcəklər.
Qətlin istintaqını araşdıran Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev isə istintaqın dondurulması haqda deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, bütün zəruri istintaq və əməliyyat tədbirləri aparılır. Qətlin icraçıları isə İnterpolun axtarışındadır.
«Monitor» jurnalının redaktoru Elmar Hüseynov ötən il martın 2-də yaşadığı evin blokunda odlu silahdan qətlə yetirilib. Qətldə şübhəli bilinən üç nəfər haqda axtarış elan olunub. Onlardan ikisinin Gürcüstan vətəndaşları – Teymuraz Əliyev və Tahir Qubanov olduğu bildirilir, digər üçüncü şəxs haqda məlumat verilmir.