Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:54

Jurnalistlər etiraz piketi keçirdilər<p align=`left`><br><br>


Səs: Real audio
«Biz əminik ki, Elmar Hüseynov ancaq yazdığı siyasi yazılara görə qətlə yetirilə bilərdi. Nə qədər ki, qatillər və sifarişçilər tapılmayıb, Azərbaycan hakimiyyətinin üzərindən şübhə və ictimai qınaq götürülə bilməz» Ötən ilin martında öldürülmüş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqının sürətləndirilməsini tələb edən bir qrup jurnalist yanvarın 12-də paytaxtın Sabir bağında etiraz piketi keçirdi. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verməmişdi. Polis də əvvəlcə piketin baş tutmasına imkan vermək istəmədi, ancaq sonradan tədbirin qətnaməsinin oxunmasına razılaşdı.



Qətnamədə bildirilir ki, Elmar Hüseynovun qatilləri tapılmayınca, Azərbaycan jurnalistikasının üzərində ölüm xofu qalacaq: «Biz bu günə kimi əminik ki, o, ancaq yazdığı siyasi yazılara görə qətlə yetirilə bilərdi. Nə qədər ki, qatillər və sifarişçilər tapılmayıb, Azərbaycan hakimiyyətinin üzərindən şübhə və ictimai qınaq götürülə bilməz».



Jurnalistlər yenidən prezidentə müraciət edib, Elmar Hüseynovun qətlinin təhqiqatının sürətləndirilməsini, ictimaiyyətə istintaqın gedişi haqqında məlumat verilməsini tələb etdilər.



«Elmar Hüseynov Fondu» hər həftənin cümə axşamı etiraz piketləri keçirməyi planlaşdırır.



Hakimiyyətə qarşı tənqidi yazıları ilə tanınan «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın girişində qətlə yetirilib. Qətlin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, heç də jurnalistlərin dediyi kimi, istintaq ləng getmir, araşdırmalar davam edir. Qətlin icrasında şübhəli bilinən üç nəfər hazırda axtarışdadır, sifarişçi isə hələ müəyyənləşdirilməyib.
XS
SM
MD
LG