Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:04

AFFA Ermənistanla oyunun neytral meydanda keçirilməsini istəyir<p align=`left`><br><br>


Səs: Real audio
UEFA rəsmisi isə, hər iki qarşılaşmanın doğma meydanlarda keçirilməsinin tərəfdarıdır Azərbaycan və Ermənistanın futbol üzrə milli komandaları arasındakı «AÇ-2008»in seçmə mərhələsindəki hər iki oyun doğma meydanlarda keçirilməlidir, əks halda yıgmalar yarışlardan uzaqlaşdırılacaq. Avropa Futbol Federasiyaları Assosiasiyasının – UEFA-nın Mətbuat katibi Uilyam Qalyard yerli «Futbol+» qəzetinə müsahibəsində belə deyib.



Püşkatmanın keçirildiyi İsveçrədə olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının – AFFA-nın Baş katibi Fuad Əsədov isə, «Azadlıq» radiosuna açıqlamasında oyunların neytral meydanda keçirilməsi haqqında danışıqlar apardıqlarını bildirib və əlavə edib ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal edən ölkə yığmasının Bakıya futbol oynamağa gəlməsini normal qəbul etmək mümkün deyil.



Yanvarın 27-də keçirilən püşkatma nəticəsində Azərbaycan yığması «AÇ-2008»in seçmə mərhələsində Ermənistan, Portuqaliya, Serbiya-Çernoqoriya, Polşa, Finlandiya, Belçika və Qazaxıstanla birlikdə A qrupuna düşüb. Oyunların yeri və vaxtını müəyyənləşdirmək üçün UEFA tərəflərə fevralın 10-na qədər vaxt verib. Həmin vaxta qədər Azərbaycanın yer aldığı A qrupundakı komandalar razılığa gələ bilməsələr, oyunların təqvimi püşkatmayla müəyyənləşdiriləcək.
XS
SM
MD
LG