Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:59

Azərbaycanda insan haqları


Səs: Real audio
İranın Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib "Azərbaycanda polis tutulanı stula bağlayıb dəmir truba, boru ilə döyüb… Məhkəmə rüşvətxordur… Son bir ildə həbsxanalarda 107 adam ölüb... Bu, ABŞ Dövlət Departamentinin insan haqları barədə hesabatının müxtəlif yerlərində deyilənlərdir.



"Hesabat Dövlət Departamentinə verilən birtərəfli informasiya əsasında hazırlanıb". Bunu isə daxili işlər naziri Ramil Usubov deyir.



İnsan haqları müdafiəçisi Çingiz Qənizadə isə hesabatla razıdır. Ancaq onun da iradı var: "Çox istərdim ki, bu hesabatları yayan dövlətlərin özləri tərəfindən Azərbaycanda bu vəziyyətin yaranmasına göz yummağın səbəbləri də göstəriləydi".



Azərbaycanda insan haqlarının vəziyyətinə görə məsuliyyəti Azərbaycan cəmiyyəti daşıyır, yoxsa beynəlxalq aləm?



Amerika qanunu tələb edir ki, telefon danışığına qulaq asmaq üçün mütləq prokurorun sanksiyası olmalıdır, Bu sanksiya olmadan telefon danışıqlarının dinlənilməsi haqda Amerika prezidenti Buşun qərarının olmasını birinci dəfə 3 ay bundan qabaq Amerikanın öz "Nyu York Tayms" qəzeti üzə çıxartdı. Niyə qəzeti məhkəməyə vermədilər ki, bunu haradan öyrənmisən? Ya qınamadılar ki, niyə vətənpərvər deyilsən?



Niyə insan haqlarının pozulması problemini bir cəmiyyət özü-özünü tənzimləməklə aradan qaldıra bilir, o biri cəmiyyət yox?



Söhbətimizin qonaqları:



– Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova;



– Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus;



– Politoloq Zərdüşt Əlizadə



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG