Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:28

Bəzi məntəqələrdə seçicilər adlarını siyahıda tapa bilmir


Milli Məclisə təkrar seçkilər müşahidə edən Seçki Təşəbbüsləri Mərkəzi (STM) saat 16.00 qədər seçkilərin gedişi ilə bağlı ikinci hesabatını açıqladı.31 saylı Suraxanı ikinci seçki dairəsinin yeddi salı seçki məntəqəsinin seçici siyahılarında ünvanlar göstərilməyib. 119 saylı Ağdam kənd seçki dairəsinin 13 saylı seçki dairəsində 25 seçicinin adı seçici siyahısında yoxdur. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 26 saylı seçki məntəqəsində seçici Orucova Pərvanənin və onunla birgə 10 nəfər seçicinin adları seçici siyahısında yoxdur. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 24 saylı seçki məntəqəsində seçici Rəhimov Pərvizin, 25 saylı seçki məntəqəsində isə Məmmədov Həsən və Məmmədova Həlimənin adları seçici siyahısında yoxdur. 31 saylı Suraxanı ikinci seçki dairəsinin 5 saylı seçki məntəqəsində 8 nəfər seçici qeydiyyatdan çıxsa da adları seçici siyahısına daxil edilib. Həmin dairənin 8 saylı seçki məntəqəsində isə adları seçici siyahısında olmayan 5 nəfər məhkəmənin qərarı ilə səs verib. 9 saylı Binəqədi seçki dairəsinin 4 saylı seçki məntəqəsində 30 nəfərdən çox seçicinin adı seçici siyahısında yoxdur. 106 saylı Tovuz –Qazax- Ağstafa seçki dairəsinin 8 saylı MnSK- nın sədri Solmaz Mehdiyeva saat 15.00- da bir topa bülleteni seçki qutusuna atıb. 119 saylı Ağdam kənd seçki dairəsinin 24 saylı seçki məntəqəsində saat 11.50-də seçki qutusuna saxta bülletenlər atılıb. 110 saylı Zaqatala seçki dairəsinin 23 saylı məntəqəsində seçki bülletenləri qabaqcadan zərflərə salınaraq möhürlənib.


XS
SM
MD
LG