Seçki Monitorinq Mərkəzinin (SMM) 182 təmsilçisi 10 dairədə təkrar seçkiləri müşahidə edir və seçicilərin fəallığının aşağı olduğunu bildirir. SMM-dən «Turan»a verilən məlumatda səsvermə zamanı pozuntuların olduğu qeyd edilir. Tez-tez təkrarlanan pozuntular sırasında monitorinqin keçirilməsinə əngəl törədilməsi, qutulara eyni vaxtda bir neçə bülletenin atılması, hökumətyönlü namizədlərin xeyrinə təşviqat, eyni adamların müxtəlif məntəqələrdə səs verməsi, seçicilərə təzyiq halları var.