Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:14

«RUH» may ayında mediaya təzyiqlə bağlı hesabat yayıb


May ayı ərzində Azərbaycanda jurnalistlərlə bağlı beş məhkəmə prosesi olub, iki jurnalist saxlanılıb. Onlardan biri rüşvət almaqda ittiham edilib, digəri isə başqa cinayətdə təqsirləndirilsə də, sonradan buraxılıb.


«RUH» Jurnalistləri Müdafiə Komitəsinin may ayı üçün hesabatında belə deyilir. Sənəddə ötən ay ərzində Azərbaycanda iki KİV-in fəaliyyətini dayandırdığı da qeyd olunur. Hər iki media qurumu – bölgələrdə fəaliyyət göstərən televiziyalar olub. Zaqataladakı «Aygün» TV-nin rəhbərliyi televiziyanın texniki problemlər üzündən bağlandığını desə də, «Xaçmaz» TV-nin lisenziya müddətinin bitdiyi üçün bağlandığı bildirilib.


Hesabata görə, may ayı ərzində jurnalistlərə qarşı iki təzyiq halı da baş verib. «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Rüstəm Mikayıllı дюйцлцб, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev oğurlanaraq, işgəncələrə məruz qalıb.




XS
SM
MD
LG