«Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüşün mayın 7-8-də Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa paytaxtlarından birində keçirilməsi nəzərdə tutulur».
Bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza aprelin 3-ə Bakıda keçirdiyi brifinqdə deyib.
Qarabağ nizamlanması ilə bağlı müzakirələri Metyu Brayza Bakıya budəfəki səfərində dövlət başçısı İlham Əliyevlə yanaşı, Xarici İşlər naziri Elmar Məmmədyarov və onun müavini Araz Əzimovla davam etdirib.
Brayza yaxın günlərdə həm Azərbaycan, həm də Ermənistan prezidentlərinin planlaşdırılan görüşə rəsmi şəkildə razılıq verəcəklərinə ümid etdiklərini vurğulayıb.
Həmsədr bildirib ki, Qarabağ probleminin nizamlanması üçün əlverişli durum yaranıb. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə konkret münasibət bildirməyəcəyini deyən M.Brayza, yalnız Birləşmiş Ştatların region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin yaranmasında maraqlı olduğunu söyləyib.
M.Brayzanın sözlərinə görə, danışıqlar prosesinin davam etdirilməsi üçün aprelin 6-da ATƏT-in Fransadan olan həmsədri Bernar Fasye regiona gələcək. Yaxın həftələrdə isə ATƏT-in Minsk Qrupunun hər üç həmsədrinin regiona səfəri planlaşdırılır.
Həmsədr bildirib ki, ölkəsi Qarabağ münaqişəsinin nizamlanmasına regionda demokratik inkişafın açarı kimi baxır. Metyu Brayza onu da deyib ki, 18 mart referendumu ilə bağlı ABŞ-da hər hansı müzakirələr aparılmayıb və bununla bağlı hər hansı rəy yoxdur.
ABŞ rəsmisi Azərbaycanda Qarabağ nizamlanması ilə yanaşı enerji təhlükəsizliyi üzrə də danışıqlar aparıb. Onun sözlərinə görə, həm İ.Əliyev, həm Sənaye və Energetika naziri Natiq Məmmədov, həm də ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşündə iki ölkənin enerji sahəsində işbirliyi və ümumilikdə bölgənin enerji təhlükəsizliyi məsələləri müzakirəyə çıxarılıb. Brayza bildirib ki, ölkəsi həm Türkiyəni, həm də Azərbaycanı enerji təhlükəsizliyi məsələsində güclü tərəfdaş kimi görür.