Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:43

Prezidentlər Buxarestdə 8-10 elementin razılaşdırılmasını müzakirə ediblər


Xarici işlər naziri Elmar Məmmədyarov, 2 aprel 2006
Xarici işlər naziri Elmar Məmmədyarov, 2 aprel 2006

Elmar Məmmədyarovun sözlərinə görə, dövlət başçıları vasitəçilərsiz təkbətək görüşdə bir-birilərini daha yaxşı anlayırlar


Buxarest görüşündə tərəflər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində 8-10 elementin razılaşdırılmasını müzakirə ediblər. Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, bu elementlərin bir qismində razılaşma olsa da, onlardan hər hansı birinin razılaşdırılmamağı ümumi prosesi nəticəsiz qoyur.


Cənab Məmmədyarovun sözlərinə görə, prezidentlər əsasən təkbətək görüşdə-yəni vasitəçilərsiz bir-birilərini daha yaxşı anlayırlar. Bunu müsbət hal kimi qiymətləndirən nazir bəyan edib ki, Azərbaycan görüşlərin davam etdirilməsinə hazırdır.


ABŞ Dövlət katibi köməkçisinin Avropa və Asiya Əlaqələri üzrə müavini Metyu Brayza isə Azərbaycan və Ermənistan arasında sülh razılaşması üçün bu il daha yaxşı şərait olduğunu deyir: «Ortada çox ümidverici bir layihə var və razılaşma mümkündür. Bu razılaşmanı əldə etmək üçün hər iki prezident – həm Əliyev, həm də Koçaryan böyük cəsarət göstərməlidirlər. Danışıqlar indi davam edir və biz ümid edirik ki, prezidentlər bu cəsarəti göstərəcəklər. Onlar çox çətin qərarlar verməlidirlər. Biz münaqişənin həllinə inanırıq. Çünki gələn il Ermənistanda siyasi təqvim mürəkkəb olacaq. Ona görə də biz inanırıq ki, bu il münaqişənin həlli üçün çox vacib ildir».


ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyunun 6-da yaydıqları bəyanatda isə tərəflərin hələ də əsas prinsiplər üzrə razılığa gələ bilməməsi təəssüflə qeyd edilir. Sənəddə bildirilir ki, münaqişənin dinc yolla həlli vacib və mümkündür. 2006-cı il əlverişli imkan ili olaraq qalır. Ortada olan həll variantı isə əsasdır.
XS
SM
MD
LG