Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:17

Semnebi referenduma münasibət bildirdi


Piter Semnebi Bakıda səfərinin yekunlaşdırdıqdan sonra Gürcüstana gedəcək
Piter Semnebi Bakıda səfərinin yekunlaşdırdıqdan sonra Gürcüstana gedəcək
Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi Avropanın demokratiya tendensiyasına ziddir. Bunu Bakıda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.

O, referendumla bağlı Venesiya Komissiyasının verdiyi rəylə razılaşdıqlarını və keçid dövründə bəzi demokratik-hüquqi institutların zəif inkişaf etdiyini vurğulayıb.

Semnebi prezident İlham Əliyevin «Şərq Tərəfdaşlığı» proqramı ilə bağlı müzakirələrə aparmaq üçün aprelin axırlarında Brüsselə dəvət etdiyini deyib.

Diplomat onu da əlavə edib ki, ölkə rəsmiləri ilə görüşlərində diqqət mərkəzində saxlanılan məsələlərdən biri də media və demokratiya məsələsi olub.

Semnebi bir daha xatırladıb ki, «Nabucco» layihəsi Avropa İttifaqının prioritetidir.

O Cənubi Qafqazda açıq münaqişələrin Avropa İttifaqı üçün narahatlıq doğurduğunu deyib:

«Açıq münaqişələr həm region, həm də Avropa üçün təhlükədir. Biz münaqişələrin həllinin tərəfdarıyıq. Hadisələrdən sonra Gürcüstanda sabitliyin yaranmasında Azərbaycanın rolu böyükdür»-deyə Semnebi bildirib.

O həmçinin ölkə rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan-Rusiya münasibətlərinin müzakirə edildiyini deyib.

Piter Semnebi Bakıda səfərinin yekunlaşdırdıqdan sonra Gürcüstana gedəcək.
XS
SM
MD
LG