İran da Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə maraq göstərir. Bakıda 13-cü neft-qaz sərgi-konfransında iştirak edən İranın Neft Nazirliyinin Xəzər dənizi nefti və qazı üzrə İdarəsinin baş direktoru Mahmud Xaqani iyunun 7-də jurnalistlərə belə deyib. O, əlavə edib ki, indi İran Xəzərin cənub hissəsindəki yataqların perspektivini öyrənir, həmin yataqlardan neft çıxsa, onu satmaq üçün BTC bir variant kimi müzakirə oluna bilər. Amma bundan əvvəl İran xammal ixracı təklif olunan bütün sistemləri götür-qoy edəcək.