ABŞ prezidenti Barak Obamanın Avropa səfəri, onun Amerikaya gətirdiyi xeyir və ziyan hələ də ABŞ mətbuatında qızğın müzakirə mövzusudur. Aprelin 10-da «Vaşinqton post» qəzeti bu mövzuda respublikaçıların mövqeyini əks etdirən Çarlz Krauthammerin məqaləsini dərc edib.
Məqalədə deyilir: «Barak Obama Praqada nüvə silahından azad dünya ideyasına sadiqliyini nümayiş etdirməzdən bir neçə saat əvvəl xəbər yayıldı ki, Şimali Koreya yeni raket sınağı keçirib. Obamanın bu məsələyə reaksiyası kəskin oldu:
«Qaydalara əməl edilməlidir. Pozuntular cəzalandırılmalıdır. Sözlərin bir mənası olmalıdır. Dünya bu cür silahların yayılmasına qarşı bir olmalıdır. Güclü beynəlxalq cavab addımının vaxtı indidir».
Bu cür güclü reaksiyadan sonra nə baş verdi? BMT Təhlükəsizlik Şurası növbədənkənar toplantı keçirdi və … heç bir nəticə hasil olunmadı. BMT TŞ-nın daimi üzvləri - Rusiya və Çin Şimali Koreyanın hərəkətinin pislənməsinə imkan vermədilər. Beynəlxalq birliyin yalan, BMT-nin isə məzhəkə olduğunu sübut edən bu hadisədən sonra B. Obama növbəti addımını atdı. Ertəsi gün ABŞ-ın müdafiə naziri raketlərdən müdafiə xərclərinin əhəmiyyətli dərəcədə azaldılacağını elan etdi. Alyaskada Şimali Koreyanın raketlərini vurmaq üçün quraşdırılan müdafiə sistemləri də bu ixtisara düşdü. Bu da Barak Obamanın ABŞ xarici siyasətində bərpa etmək istədiyi «realizm».
Müəllif yazır ki, prezident Obamaya görə, ABŞ öz texnoloji üstünlüyünü qoruyub saxlamaqdansa, dünyaya nümunə olmalıdır. Necə? Silahların ixtisarı istiqamətində jestlər etməklə - məsələn, nüvə sınaqlarının qadağan olunması haqqında sənədi ratifikasiya etməklə.
Müəllif sual edir: Amerika onsuz da 17 il ərzində bu qadağalara könüllü riayət edib. İndi onların ratifikasiyası Şimali Koreya və İranı nüvə ambisiyalarından necə daşındıracaq?
Rusiya ilə münasibətlərə toxunan Ç.Krauthammer yazır ki, ABŞ və Rusiya öz nüvə silahlarını yarıbayarı ixtisar etsələr belə, yerdə qalan silahlar dünyanı xarabalığa çevirməyə bəs edər:
«Amma Obama görünür, başa düşmür ki, bu danışıqlar Rusiya üçün hədiyyədir. Ruslar üçün bu, Reyqan dövrünə, ABŞ-Rusiya cütlüyünün dünyaya hökmranlıq etdiyi şanlı tarixə qayıtmaq deməkdir».
Müəllif yazır ki, hədiyyə vermək pis deyil, ancaq onun qarşılığını almaq yaxşı olardı. Obama Avropaya da hədiyyə verir:
«Obama birbaşa, yaxud dolayısilə öz ölkəsini soyqırımda, işgəncələrdə, müsəlman dünyasına hörmətsizlikdə, habelə, Xirosima və Quantanamo olaylarında ittiham etmişdi. Bəs öz ölkəsini aşağılamaq əvəzində o nə əldə etdi? O, ABŞ-ın Əfqanıstandakı əlavə 17 minlik qoşununa kömək üçün NATO-dan daha çox əsgər istədi. Ona kobudluqla rədd cavabı verildi. O, iqtisadiyyatı stimullaşdırmaq üçün Avropadan daha çox vəsait istədi və heç nəyə nail olmadı. Rusiyadan o, İran məsələsində heç bir kömək almadı. Çin isə Şimali Koreyaya qarşı atılacaq addımların qarşısını almaqla cavab verdi».
Bəs Quantanamonun bağlaması? 64 milyon əhalisi olan Fransa yalnız bir Quantanamo məhbusunu qəbul etməyə razıdır. Avstriya isə bir nəfəri belə ölkəyə buraxmadı. Daxili İşlər naziri xanım Mariya Fekter dedi ki, əgər o adamlar təhlükəsizdirlərsə, Amerika niyə onları öz ərazisində saxlamasın?...
Yekunda Krauthammer yazır: «B. Obama Avropadakı çıxışlarında deyirdi ki, dünya artıq Ruzvelt və Çörçilin konyak içə-içə məsələləri ikilikdə həll etdiyi dünya deyil və belə olmamalıdır da... Dünya liderinin öz ölkəsinin çöküşünü bayram etməsi qəribədir. Bir neçə belə xarici səfərlər də olsa, Obamanın bayram etməsi üçün daha çox çöküşlərimiz olacaq».