Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:46

Müxalifət bələdiyyə seçkilərinə vahid komanda ilə qatıla bilər


"Ümid" partiyasının sədri İqbal Ağazadə
"Ümid" partiyasının sədri İqbal Ağazadə
«Biz bələdiyyə seçkilərində birgə iştirakla bağlı ümumi qərara malikik və bu istiqamətdə əməkdaşlığımız davam edir. Artıq qərarın forması partiyalarla müzakirə olunur».

Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə «Azadlıq» radiosuna belə deyir. Onun sözlərinə görə, müxalifətin vahid birlik şəklində bələdiyyə seçkilərinə qatılması ilk dəfə olacaq və ciddi nəticələr əldə etmək mümkündür:

«Biz istəyirik ki, birləşmiş müxalifət bələdiyyə seçkilərini yerlərdə uda bilsin. Sadəcə bunun taktiki gedişlərini işləyib hazırlamaq və ümumi birliyi qoruyub saxlamaq lazımdır».

AXCP sədrinin müavini Həsən Kərimov da Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında təmsil olunan partiyaların bələdiyyə seçkilərinə vahid komanda şəklində qatılacağını bildirir:

Bir qrup müxalifət partiyasının cəmləşdiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı referendum ərəfəsində yaradılıb.

Azərbaycanda bələdiyyə seçkilərinin bu ilin payızında keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG