Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Yerevan görüşündə bu quruma sədrlik Ermənistandan Azərbaycana keçəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyindən «Azadlıq» radiosuna deyiblər ki, məhz sədrlik Azərbaycana keçdiyinə görə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bir günlüyə Yerevandakı tədbirə qatılacaq.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan demişdi ki, o, Yerevana Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərini dəvət eləyib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı Yerevanda aprelin 15-16-sı keçiriləcək.