Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:29

Tələbələr Təhsil Nazirliyinə iyunun 20-dək vaxt verib


Müstəqil Azərbaycan Universitetinin (MAU) başqa institutlara bərpa olunmaq tələbiylə aclıq edən tələbələrindən daha ikisi xəstəxanaya yerləşdirilib. MAU-nun 3-cü kurs tələbəsi Xalid Qarayevin sözlərinə görə, tələbələr Təhsil Nazirliyinə iyunun 20-dək vaxt verib. O vaxtacan tələbləri yerinə yetirilməsə, tələbələr məhkəməyə müraciət edəcəklər.


Təhsil Nazirliyi qanunsuz tələbə qəbul etmək ittihamı ilə MAU-nun lisenziyasını ləğv etdikdən sonra həmin ali məktəbin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbilə iyunun 1-dən aclıq aksiyası keçirir.



XS
SM
MD
LG