İslam Konfransı Təşkilatı (İKT) iyunun 20-də işini davam etdirib. Bu dəfə İşçi Qruplar konkret məsələlərlə bağlı sənədləri və məsələləri müzakirə ediblər. Günün sonunda isə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iştirakçıların şərəfinə ziyafət verib.
İKT-nin Bakı toplantısı iyunun 21-də başa çatacaq. Toplantının sonunda bəyannamənin və bəzi sənədlərin qəbulu gözlənilir.