Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:50

Mətbuat Şurası səlahiyyətlərini genişləndirmək məqsədi ilə təkliflər hazırlayır


Azərbaycan Mətbuat Şurası (MŞ) hazırda öz səlahiyyətlərinin genişləndirilməsi, mətbuata dövlət qayğısını artırmaq üçün təkliflər üzərində işləyir. Şuranın hazırlayacağı təkliflər paketi Milli Məclisin payız sessiyasına təqdim edə bilər. Həmin təkliflərə jurnalist etikası prinsiplərini pozan qəzetlərin fəaliyyətini üç ay müddətinə dayandırmaq, qəzet adlarına nəzarət, KİV-lərin iqtisadi vəziyyətini yaxşılaşdırmaq daxildir.


MŞ sədri Əflatun Aamşov «Azadlıq» radiosuna bildirib ki, qəzetlər üçün 2010 yaxud da 2012-ci illərədək keçid dövrü müəyyənləşdirilə bilər. Bu dövrdə mətbuatın iqtisadi durumunu yaxşılaşdırmaq üçün dövlətin maliyyə yardımı ayırması təklif edilir.


Təkliflərə həmçinin reklam bazarının şəffaflaşdırılması, regional mətbuat vasitələrinə subsidiyalar ayrılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması da daxildir. Uzun müddətdən bəri səslənən təkliflərdən biri də Mətbuat Şurası haqqında Qanunun qəbul edilməsi ilə bağlıdır.


Bu təkliflər parlamentdə təqdim olunmamışdan əvvəl jurnalistlərin növbəti qurultayında müzakirə olunmalıdır. Ancaq həmin toplantının vaxtı hələlik bəlli deyil.


Əflatun Amaşov deyir ki, İsveç Mətbuat Şurası öz büdcəsini yerli mətbuat orqanlarına qarşı çıxardığı qərarlar üzərinə qurur, belə ki, bu qurum jurnalistika qaydalarını pozan qəzetləri 4.000 dollaracan cərimələyə bilər. Yaxud Almaniya MŞ irqçilik, milli məsələləri qabardan mətbuat orqanlarının fəaliyyətinə qadağa qoya bilər. Yəni bu modellər Azərbaycan MŞ-nın səlahiyyətlərinin genişləndirilməsi üçün nəzərdən keçirilir.



XS
SM
MD
LG