Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:51

Silahlı basqın barədə rəsmi açıqlama


İstintaq-əməliyyat qrupu yaradılıb.
İstintaq-əməliyyat qrupu yaradılıb.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqınla bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, tədris korpusuna daxil olan naməlum şəxsin binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Həlak olan digər 12 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat qrupu yaradılıb.
XS
SM
MD
LG