Ermənistanın ilk prezidenti, hazırda isə müxalifət lideri Levon Ter-Petrosyan Ermənistan hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırma sahəsindəki cəhdlərinin dəstəklədiyini deyib. Xəbəri Türkiyənin «Hürriyyət» qəzeti yayıb.
Erməni Beynəlxalq Konqresinin rəhbəri Ter-Petrosyan partiyanın Yerevanda keçirilən və 3 mindən çox şəxsin iştirak etdiyi mitinqində belə deyib. 1991-1998-ci illərdə Ermənistanda rəhbər olmuş və bu gün müxalifət lideri olan Petrosyan «partiyamız Ermənistan-Türkiyə əlaqələrinin ən qısa zamanda düzəlməsinə tərəfdardır və bütün lazımlı addımları dəstəklənməyə hazırdır» deyib.
Keçən il prezident seçkilərində qalib gələ bilməyən müxalifət lideri bu il mayın 31-də Yerevanda keçiriləcək mer seçkilərində iştirak edəcək.
Türkiyə və Ermənistan aralarındakı münasibətlərin nizama salınmasına dair «yol xəritəsi» müəyyənləşib.