Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:42

Şərq Əməkdaşlıq Proqramı Azərbaycana nə vəd edir?


«Ən ciddi məsələ viza rejiminin sadələşdirilməsidir».
«Ən ciddi məsələ viza rejiminin sadələşdirilməsidir».
Mayın 7-də Praqada keçiriləcək sammitdə imzalanacaq Avropa Birliyinin Şərq Əməkdaşlıq Proqramı ona qoşulan ölkələrə, o cümlədən də Azərbaycana nə və edir?

Bu proqramın mahiyyətini araşdıran «Azadlıq» radiosunun müxbiri Ahto Lobyakas bu suala çox şey kimi cavab verir. O bildirir ki, Proqrama dəvət olunan altı keçmiş sovet respublikası, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldova Birliyin verdiyi üstünlüklərdən istifadə edəcək. Həmin üstünlüklərin ən ciddisi Avropa Birliyi ilə Şərq Tərəfdaşı ölkələri arasında azad ticarət zonalarının yaradılması və viza rejiminin sadələşdirilməsidir.

Bundan başqa, Avropa Birliyi həmin ölkələrə qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaqda, iqtisadi və siyasi sahələrdə islahatlara yardım vəd edir. Amma ən ciddi və real kömək kimi azad ticarət zonaları və viza rejiminin sadələşdirilməsi hesab olunur.

Azərbaycanda müstəqil ekspertlər isə viza rejiminin sadələşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayırlar. REAL İctimai Birliyinin həmtəsisçisi, politoloq İlqar Məmmədov deyir ki, Avropa Birliyinin bu proqramının Azərbaycana real təsiri onun tərkibində nəzərdə tutulan hansı tədbirlərin həyata keçirilməsindən asılıdır. İlqar Məmmədov viza rejiminin sadələşdirilməsinin hətta ölkədə real dəyişikliklər yarada biləcəyinə inanır:

- Bu tədbir xeyli sayda azərbaycanlıların Avropaya getməsinə imkan verəcək. Onların gördükləri təcrübə beləliklə Azərbaycana da keçə bilər. Ən ciddi məsələ viza rejiminin sadələşdirilməsidir.

«Azadlıq» radiosunun əməkdaşı Ahto Lobyakas isə elə azad ticarət və viza məsələlərində Avropa Birliyinin üzvləri arasında fikir ayrılıqları olduğunu bildirir.

O, qeyd edir ki, bu kimi ciddi məsələləri Birlik üzvləri sammit ərəfəsində razılaşdırmalıdırlar. Almaniya və Birliyin Qərbi Avropada olan bəzi üzvləri altı keçmiş sovet respublikasına konkret vədlərin verilməsinin əleyhinədirlər. Onlar viza rejiminin sadələşdirilməsi ilə immiqrasiya və bununla bağlı bəzi mümkün cinayətlərdən ehtiyatlanırlar.

Birliyin Şərqi Avropadan olan üzvləri isə azad ticarətin yaradılmasından ehtiyatlanırlar. Hesab edirlər ki, azad ticarət zonaları onların rəqabətə davamlı olmayan kənd təsərrüfatlarına ziyan vurardı. Avropa Birliyi dövlətləri öz aralarındakı bu kimi fikir ayrılıqlarını mayın 7-nə - Şərq Əməkdaşlıq sənədinin imzalanmasına qədər aradan qaldırmağa çalışırlar.
XS
SM
MD
LG