Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:17

ATƏT Azərbaycanın seçki islahatlarına ehtiyacı olduğunu deyir

ATƏT tövsiyələrin yerinə yetirilməsi üçün dialoqu davam etdirməyə hazırdır
ATƏT tövsiyələrin yerinə yetirilməsi üçün dialoqu davam etdirməyə hazırdır
«Azərbaycanda nəticələri ləğv olunan dairələrdə mayın 13-də keçirilən təkrar parlament seçkilərində bəzi irəliləyiş olsa da, ümumilikdə proses göstərdi ki, seçki islahatlarına ehtiyac var». ATƏT-in həmin seçkilərlə bağlı yaydığı yekun hesabatda belə deyilir. Sənəddə qeyd olunur ki, namizədlərin qeydiyyatı, maneəsiz seçki kampaniyası, yerli müşahidəçilərə daha çox şərait yaradılması bu irəliləyişlər sırasındadır. Seçki komissiyalarının tərkibi, yerli icra hakimiyyətinin seçki prosesinə müdaxiləsi, bəzi namizədlərin qeydiyyatının ləğvi, şikayətlərə baxılması hələ də narahatlıq doğuran məsələlər sırasındadır.

Bu sənəd qurumun 6 noyabr seçkisinə dair yekun hesabatına əlavə olaraq hazırlanıb.

Hesabatda bildirilir ki, ATƏT-in Məhdud Müşahidə Missiyası seçki günü proseslərini tam izləməsə də, səsvermə ümumilikdə sakit keçib. Lakin missiya xüsusilə səslərin sayılması və hesablanması zamanı pozuntular aşkarlayıb.

Sənəddə Mərkəzi Seçki Komissiyasının seçki gününün səhəri səsvermənin ilkin nəticələrini veb-saytında yerləşdirməsi alqışlanır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir «Azadlıq» radiosuna müsahibəsində deyib ki, qurum Azərbaycanla demokratik seçki keçirmək üçün işləməyə hazırdır: «Azərbaycan hökuməti iradə göstərib son seçkidən əvvəlki geriliyi nisbətən aradan qaldırdı. Ancaq əlbəttə ki, daha çox seçki islahatına ehtiyac var».

Hesabatda deyilir ki, ATƏT və qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan hökumətinin ATƏT öhdəliklərinə uyğun seçki keçirmək cəhdlərini dəstəkləyir. Amma, 6 noyabr seçkisinə dair yekun hesabatda irəli sürülən tövsiyələrdən bir çoxu yerinə yetirilməyib. O cümlədən təşkilatın Avropa Şurası Venesiya Komissiyası ilə birlikdə Seçki Məcəlləsinə dair tövsiyələri də qalır. Həmin tövsiyələrdə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, şikayətlərə baxılması qaydasının sadələşdirilməsi, sərbəst toplaşmaq hüququnun bərqərar olması və s. məsələlər əhatə edilir. ATƏT bu tövsiyələrin yerinə yetirilməsi üçün hökumət, siyasi partiyalar və mülki cəmiyyətlə dialoqu davam etdirməyə hazırdır.

XS
SM
MD
LG