Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:09

Andreas Qross həmməruzəçi postunu tərk etdi


Andreas Qross
Andreas Qross

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross iyunun 29-da öz vəzifəsini tərk edib. Cənab Qrossun yerinə AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycan üzrə yeni həmməruzəçi Britaniya nümayəndə heyətinin üzvü Toni Lyod olacaq. İsveçrədən olan deputat Andreas Qross bundan sonra Serbiya üzrə məruzəçi kimi çalışacaq.


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə təyin olunmuş yeni britaniyalı məruzəçisi Toni Lyodın digər həmsədr – Andreas Herkellə birlikdə oktyabrın sonunda Azərbaycan səfər edəcəyini bildirir.


Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətləri iyunun 29-da Strasburqda görüşüblər. Səməd Seyidovun bildirdiyinə görə görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə AŞ PA-nın müvəqqəti komissiyasının regiona səfəri müzakirə edilib. Cənab Seyidov deyir ki, görüşdə komissiyanın strukturu təsdiq edilib. Qrupda Alt Komitənin rəhbəri Rassel Conston da olacaq. Komissiyanın regiona səfərinin oktyabr ayında baş tutması haqda ilkin razılıq əldə edilib. «Bu səfər tanışlıq xarakteri daşıyacaq. Məqsəd həm regionun hazırkı vəziyyəti ilə tanış olmaq, həm də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair 2005-ci ildə qəbul olunmuş qətnamənin həyata keçirilməsi üçün imkanlar və fürsətlər axtarıb həyata keçirməkdir».



XS
SM
MD
LG