Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:39

Uşaq hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planı hazırlanır


Azərbaycanın uşaq hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planı olacaq. Hazırda müxtəlif nazirliklər, dövlət idarələri bu plan üzrə təkliflər hazırlayırlar. Həmin təkliflər ümumiləşdirilib prezidentə təqdim olunacaq. Ombudsman Elmira Süleymanova iyulun 7-də «Azadlıq» radiosuna müsahibəsində deyib ki, fəaliyyət planının hazırlanması üçün birgə monitorinqlər lazımdır. Məsələn, xanım Süleymanova «küçə uşaqları»nın sayı barədə deyilən rəqəmlə razı deyil. Belə ki, Uşaq QHT-ləri alyansı Azərbaycanda 2500-dən 5.000-ə qədər «küçə uşağı»nın olduğunu bildirir.


Ombudsman isə bu göstəricinin hansısa tədqiqat nəticəsində hazırlanmadığını əsas gətirərək onunla razılaşmır.


Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasını ratifikasiya edib. Bu ilin yanvarında Azərbaycan BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim edəndən sonra komitə 30-dək tövsiyə verib. Komitə tövsiyə edib ki, Ombudsman təsisatı nəzdində uşaq haqları üzrə xüsusi bölmə təsis olunsun, uşaqlara qarşı zorakılıqlara dair xüsusi məlumat bazası yaradılsın, uşaq intiharlarının statistikası dəqiqləşdirilsin, uşaqlar üçün xüsusi reabilitasiya mərkəzləri olsun və s.


2007-ci ildə BMT uşaq hüquqlarına dair xüsusi iclas keçirəcək. Bu ilin sentyabrında isə BMT-nin Baş Assambleyasının iclasında insan və uşaq haqlarının təminatı məsələsi müzakirə mövzusu olacaq.


XS
SM
MD
LG