Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:41

Bu gün magistraturaya sənəd qəbulu başa çatır


Ərizələrdə göstərilən ali məktəblər arasında Bakı Dövlət və Dövlət İqtisad universitetləri üstünlük təşkil edir
Ərizələrdə göstərilən ali məktəblər arasında Bakı Dövlət və Dövlət İqtisad universitetləri üstünlük təşkil edir

Bu gün Azərbaycanın ali təhsil müəssisələrində magistraturaya sənəd qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadənin sözlərinə görə, ərizə verənlərin sayı 9 minə çatıb, amma günün sonuna qədər göstəricinin dəyişəcəyi istisna edilmir. İlkin təhlillərə görə, ərizələrdə göstərilən dövlət ali təhsil müəssisələri arasında Bakı Dövlət Universiteti və Dövlət İqtisad Universiteti üstünlük təşkil edir.


Elnur Nağızadə bildirir ki, magistraturaya qəbul üçün imtahanların iyun ayının 20-29 arasında keçirilməsi nəzərdə tutulub. Neft-qaz çıxarma və beynəlxalq hüquq sahəsində 80-dən çox bal toplayan 20 abituriyent Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə xarici ölkələrə oxumağa göndəriləcək.


Magistraturaya sənəd qəbulu iyulun 7-dən başlayıb. TQDK-dan verilən məlumata görə, ümumi qəbul planı 4360 yerdir. Bu ilki məzunlar sənədlərini təhsil aldıqları ali məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyasına, əvvəlki illərin məzunları isə qəbul olmaq istədikləri ali məktəblərdən birində yaradılmış Sənəd Qəbul Komissiyasına veriblər.


Ancaq bu il ali məktəbi bitirən oğlanlar magistraturaya sənəd verməkdə problemlə üzləşmişdilər. Hərbi xidmətə çağırış iyulun 1-dən 20-ə qədər keçirildiyindən, magistratura imtahanları isə iyulun 20-dən sonra başlayacağından onlar sənədlərini verməsində problem yaranmışdı.


XS
SM
MD
LG