Mayın 10-da prezident İlham Əliyev xanımı Mehriban Əliyevaya Heydər Əliyev Mükafatı verib. O bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olmaqla yanaşı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatıdır.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun beş illik fəaliyyətini yüksək qiymətləndirib. «Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən «xoş niyyət» deyərdim»-, İlham Əliyev vurğulayıb.
Mehriban Əliyeva mükafata görə prezidentə təşəkkür edib: «Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm». Xanım Əliyeva ona təqdim edilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini deyib.
Heydər Əliyev Mükafatı həmçinin heykəltəraş, xalq rəssamı Ömər Eldarov və bəstəkar, xalq artisti Arif Məlikova da təqdim edilib.
Mayın 10-da Azərbaycanın sabiq prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5-ci ili tamam olub.